Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Qarabağ“a milyonluq futbolçular gəlir


“Qarabağ“a milyonluq futbolçular gəlir
“Qarabağ” qış transfer pəncərəsində ulduz futbolçuları heyətinə qata bilər

Azerbaycaninfo.com-un əldə etdiyi məlumata görə, klub rəhbərliyi artıq hərəkətə keçib və məşhur klublarda forma geyən bir neçə futbolçunu yaxın vaxtlarda “Qarabağ”da görə bilərik.

Məlumatlı mənbənin sözlərinə görə, Prezident İlham Əliyevin klubu qəbul etməsi və 1 milyon bəxşiş verməsi komandanın bu yöndə fəaliyyətə ruhlandırıb: “Klub axtarışlara başlayıb. Əsasən Türkiyə və Şərqi Avropa ölkələrində forma geyən oyunçuların komandaya cəlb edilməsi planlaşdırılır. Yaxın zamanlarda tanınmış futbolçulardan birini və ya bir neçəsini Ağdam klubunda görəcəyik”.

Məlumata görə, “Qarabağ”ın qələbədən qələbəyə doğru irəliləməsində əsas rola sahib olan “Azərsun Holdinq” də tanınmış futbolçuların kluba cəlb edilməsinə razılıq verib.


0 0



Şərhlər (Facebook)