Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağstafalıların ələ saldığı icra başçısı


Ağstafalıların ələ saldığı icra başçısı

Məhərrəm Quliyev rayonda «Əəə Məhərrəm» kimi ad çıxarıb

Ağstafanın icra başçısı Məhərrəm Quliyevlə daha bir maraqlı məlumat yayılıb. Daha doğrusu, icra başçısı ilə bağlı JAM.AZ-a yazan oxucular onun rayonda hansı «hörmətə» sahib olduğunu bildiriblər.

Rayon sakinləri deyir ki, Məhərrəm Quliyev rüşvətxor olmaqla yanaşı, həm də tərbiyyə cəhətindən yoxsul biridir. Onlar bildirirlər ki, belə bir rayon rəhbəri dövlət başçısının adına xələl gətirməkdən başqa heç bir işə yaramır. Üstəlik, öxünün danışıq qabiliyyəti və davranışına görə də Ağstafada ad çıxarıb.

JAM.AZ-a yazan rayon sakinləri qeyd edirlər ki, Ağstafada Məhərrəm Quliyevi hamı «Əəə Məhərrəm» kimi tanıyırlar. Daha doğrusu, bu onun davranışlarının məcmusundan doğan bir ayamadır. Belə ki, sözügedən şəxs qarşısında kim olmasından asılı olmayaraq, hamıya adı ilə deyil, «Əəə» deyə müraciət edir. «Bu adam həqiqətən də ailə tərbiyyəsi görməyib. Bir icra başçısı başqalarına nümunə olmalıdır. Məhərrəm Quliyev isə nəinki nümunə ola bilir, əksinə, özünün davranışı ilə məmur adına ləkə olduğunu isbatlayır. Bu adam adicə davranışını, danışıq qabiliyyətini bilmir. Sanki meşədəymiş kimi davranır».

Hərçənd bu cəhətinə baxmayaraq, rayonda Məhərrəm Quliyevin bir neçə yaltaq və məddahı da var. Onların işi, peşəsi gecə-gündüz icra başçısına məddahlıq etmək, yaltaqlanmaq, onu tərifləyib dağ başına qoymaqdan ibarətdir. Hərçənd həmin yaltaq ordusu da tərbiyyə baxımından çox geridə qalıblar. Elə bu səbəbdəndir ki, Məhərrəm Quliyev haqqında hansı mətbuat bir kəlmə yazarsa, dərhal «at ilxısı, köpək sürüsü» kimi oralara axışır və onlara öz ailə tərbiyyələrindən nümunə göstərərək, özlərinə yaraşan, əxlaqlarına uyğun olaraq olmazın həqarət və təhqirlər yazırlar.

Atalar yaxşı deyib: «Balıq başdan iylənər». Bir rayonun ki, rəhbəri «Əəə Məhərrəm» ola, elə onun məddahları da tərbiyyə görməmişlər olar.


0 0



Şərhlər (Facebook)