Azərbaycan İnformasiya Agentliyi (AİA)


Rəmiş: “Allah onların cəzasını versin“


Rəmiş: “Allah onların cəzasını versin“

Azərbaycanın xalq artisti Rəmiş Rusiyada baş tutan toyların birində ermənicə oxuması xəbərinə reaksiya verib
O, AzNews.az-a deyib ki, yayılan məlumatın heç bir əsası yoxdur: “Deyir, bir armudun başında ayının min oyunu var. Mənə ad verilib. Bəziləri buna paxıllıq edir. Bu məlumatı yayanlar da məhz həmin şəxslərdir. Mən uşaq deyiləm ki, erməni mahnısı oxuyam. Mən ifaçıyam, müğənni deyiləm. Mən heç vaxt belə səhvə yol vermərəm. İkincisi də erməni dilini bilmirəm. Əgər bunu bilmirəmsə, necə erməni dilində mahnı oxuya bilərəm.
“Tut ağacı”nı Azərbaycan dilində oxumuşam. Disklərim də var, hara desələr ora da çatdıraram. Oxumamışam, mənə yazılanların təsiri yoxdur, reaksiya da vermirik”. Gitara ifaçısı bu məlumatları yayanlara qarğış da edib: “Qoy Allah da onların cəzasını versin. Bizim heç kəslə işimiz yoxdur”.
AzNews.az xalq artisti barədə yayılan videonu bir daha təqdim edir:


0 0



Şərhlər (Facebook)