Azərbaycan İnformasiya Agentliyi (AİA)


Göyçayın yeni icra başçısı köhnə məmurlarla vidalaşır


Göyçayın yeni icra başçısı köhnə məmurlarla vidalaşır
Göyçayda fəaliyyət göstərən hüquq müdafiəçisi Taleh Xasməmmədov rayona yeni təyin edilmiş icra başçısı Mübariz Ağayevin əksər məmurları işdən çıxarmağa başladığına dair məlumat verib. O, musavat.com-a açıqlamasında deyib ki, Mübariz Ağayev islahatlar aparmağa qərar verib: “Belə ki, o, Təhsil Şöbəsinin müdiri Asif Nəbiyevi yaşlı və xəstə olduğuna görə işdən çıxarılması barədə ərizə yazmağa məcbur edir. Asif Nəbiyev 25 ilə yaxındır bu postda çalışır. Həmin vəzifəyə hazırda şəhər üzrə inzibati ərazi nümayəndəsi olan Rəşad Məmmədovu təyin etmək istəyir. Həmçinin Ağayev icra hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimovun bu postda hədsiz çox işlədiyini, xəstəliklə bağlı ərizə yazaraq işdən çıxmasını təklif edib. Məlumat var ki, Mübariz Ağayev onun yerinə iş adamı İkram Vəliyevi təyin etmək istəyir. Göyçay İcra Hakimiyyətinin baş memarı İntiqam Süleymanovun isə Göyçay Şəhəri üzrə İnzibati Ərazi nümayəndəsi vəzifəsinə təyin ediləcəyi deyilir”. Hüquq müdafiəçisi qeyd edir ki, Mübariz Ağayev yaxın günlərdə Aqrar İşlər üzrə müavini Yunus Osmanlı (deputat Ceyhun Osmanlının atası) və ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəxşəndə Rəcəbovanı heç bir vəzifəyə təyin etməyərək evə yola salacaq. Rəxşəndə Rəcəbova bu postda 25 ildən çoxdur çalışır. Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovun da vəzifədən çıxarılacağı bildirilir. İcra başçısı onun külli miqdarda dövlət vəsaitini üzə çıxarıb, bizə çatan məlumata görə, mənimsədiyi pulları hazırda təmir edilən xəstəxanaya xərclətdikdən sonra onu vəzifəsindən kənarlaşdıracaq".musavat


0 0



Şərhlər (Facebook)