Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şöhrət ordenli millət vəkili prezidentin göstərişlərinə saymamazlıq edir - Foto


Şöhrət ordenli millət vəkili prezidentin göstərişlərinə saymamazlıq edir - Foto
Əvvəlcə ağacları kəsdilər, sonra hasara aldılar, indi də obyekt tikirlər – “Təmiz Binəqədi”də

Deputat Elton Məmmədovun adamları: “Nə prezident, prezident salmısız. Biz Ziya Məmmədovun qardaşına tabeyik. Vəssəlam”

Bir gecədə 15 ağacı kökündən çıxardı, Binəqədi İcra Hakimiyyəti isə ağac terroruna göz yumur

Hələ bir-neçə ay bundan əvvəl, ötən ilin Noyabr ayının əvvəllərində mətbuatda Binəqədi ərazisində kütləvi ağacların kökündən kəsilməsi barədə məlumatlar dərc edilmişdi. Özünü deputat Elton Məmmədovun yaxın qohumları kimi təqdim edən şəxslər yaşayış sahəsinə aid çoxillik ağacları kəsmişdilər. Söhbət Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi 4 B binasının arxasında yaşı 20 ildən çox olan ağaclardan gedir.

Hadisə şahidlərinin sözlərinə görə, 102 saylı MİS əməkdaşlarının iştirakı ilə kəsilən ağacların kəsilməsinə səbəb həmin yerdə mərmər dükanının inşa edilməsidir.

Azİnform.az saytına həmin binanın sakinlərindən daxil olan məlumata görə, Naxçıvani 4B mənzil 62 ünvanında yerləşən və binanın 1-ci mərtəbəsində olan mənzili satın alan işbazlar binanın arxitekturasını kobud şəkildə pozaraq, həmin mənzili dükan kimi istifadə etməyi planlaşdırırlar. Həmin mənzilin arxa tərəfində yerləşən və hələ 1994-cü ildə yerli sakinlər tərəfindən əkilmiş tut ağaclarını kəsdirən iş adamları izi itirmək üçün ağac köklərini daş plitələrlə gizlətməyə çalışıblar. Baxçada olan digər iki nar ağacını isə növbəti mərhələdə kəsdilər. Daha sonra yerli sakinlərin həmin ərazidə əkdiyi 15 ədəd şam ağacı da bir gecə içində kökündən çıxarıldı.

Əldə etdiyimiz məlumata görə, həmin mənzili satın alan deputat Elton Məmmədovun doğmaca qudasıdır və həmin mənzili mərmər dükanı kimi istifadə etməyi düşünür. Ağacların kütləvi kəsilməsinə və yaşayış sahəsində qeyri-qanuni tikinti işlərinin aparılmasına göz yumulması məqsədilə Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyinə 30 min manat xərac ödəyən iş adamlarına gözün üstündə qaşın var deyən yoxdur. Maraqlı cəhət ondan ibarətdir ki, bina sakinlərinin etirazına cavab olaraq, Elton Məmmədovun adamları “Nə prezident, prezident salmısız. Bizim rəhbərimiz Ziya Məmmədovun qardaşıdır. Vəssəlam” deyərək, öz bildiklərini edirlər.

Görəsən, ağac terroruna və qanunsuz tikililərə göz yuman Binəqədi İcra Hakimiyyəti ölkə başçısının müvafiq sərəncamlarını niyə qulaqardına vurur və bununla da “Təmiz Binəqədi”ni ökənin ən çox şikayət olunan rayonuna çevirməkdədir.


0 0



Şərhlər (Facebook)