Azərbaycan İnformasiya Agentliyi (AİA)


Səməd Səmədov toy etdi


Səməd Səmədov toy etdi
Xalq artisti Səməd Səmədov ötən gün 2 kimsəsiz gəncə toy edib. Azerbaycaninfo.com-un əməkdaşının da iştirak etdiyi toya S.Səmədov bir çox şou-biznes nümayəndələrini çağırıb. Gecənin aparıcısı sözü bəyin mənəvi anası Sevinc xanıma verib: “Bu gün mənim üçün çox sevincli, həm də çox həyəcanlı bir gündür. İki gənc bu həyatda çox önəmli addım atırlar. Xoşbəxt olsunlar”. Daha sonra o, mikrofonu gəlinin mənəvi anası Nigar xanıma ötürüb: “Xoşbəxt olsunlar. Hər zaman bir-birilərindən muğayat olsunlar. Onların gözəl, mənalı yaşamaları üçün ən əsası can sağlığı arzu edirəm”.


S.Səmədov da cütlüyə arzularını Lent.az-la bölüşüb: “Xoşbəxt olsunlar. Bu günü mən çoxdan gözləyirdim. Daima insanlara yardım etmək üçün çalışmışam. Bunu mən tək edə bilməzdim. Sağ olsun bəy və gəlinin mənəvi anaları Sevinc və Nigar xanım. Demək olar ki, toyun əziyyətini onlar çəkdi. Sənət dostlarım da sağ olsun ki, məni bu gün tək qoymadı. Prodüserim Rövşən Cəfərovun da əməyini unutmaq istəmirəm. O da mənə bu işdə dəstək oldu”.


Qeyd edək ki, toyda müğənnilərdən Niyam Salami, Xatun Əliyeva, Afaq Aslan, Boris Bayramov, Vasif Əzimov, prodüser Təranə Səmədova, dj Kazım və başqaları iştirak edib.


0 0



Şərhlər (Facebook)