Azərbaycan İnformasiya Agentliyi (AİA)


Müxalifət lideri güllələndi


Müxalifət lideri güllələndi
Tacikistanın müxalifət liderlərindən biri güllələnərək öldürülüb

Azerbaycaninfo.com anspress-ə istinadən xəbər verir ki, Tacikistanın “Qrup 24” adlı müxalifət hərəkatın lideri kimi tanınan Umarali Kuvatov gecə saatlarında İstanbulun Fatih bölgəsində silahlı hücuma məruz qalıb.

Hadisə Bakı vaxtı ilə 00:30 radələrində baş verib. Evinə gələn qonaqla yemək yedikdən sonra küçəyə çıxıb. Elə bu vaxt oadan keçən bir nəfər yaxınlaşaraq ona silahla başından atəş açıb.

Ətrafda olan ətəndaşlar silah səsini eşidərək dərhal təcili yardıma və polis əməkdaşlarına məlumat veriblər. Hadisə yerinə gələn təcili yardım qrupu müxalifət liderinin öldüyünü müəyyən ediblər.

Kuvatovun ailə xəbəri eşitdikdə şok keçiriblər və xəstəxanaya çatdırılıblar.

Bundan başqa, onunla evində yemək yeyən Süleyman adlı dostunun da hadisədən sonra aradan çıxdığı deyilir.

Cinayət hadisəsi ilə bağlı Terrorla Mübarizə İdarəsi ilə Cinayət Büro Şöbəsi qrupları birlikdə əməliyyatlara başlayıblar.

47 yaşlı müxalifət liderinin nəşi tibbi ekspertizaya aparılıb.

Xatırladaq ki, fevralın 27-də isə rusiyalı müxalifət lideri Boris Nemtsov Moskva vaxtı ilə 23:37-də öldürülmüşdü.


0 0



Şərhlər (Facebook)