Azərbaycan İnformasiya Agentliyi (AİA)


GDU rektorunun Maliyyə Nazirliyində çalışan qardaşı Elmar Vəliyevə qarşı - TƏFƏRRÜAT


GDU rektorunun Maliyyə Nazirliyində çalışan qardaşı Elmar Vəliyevə qarşı - TƏFƏRRÜAT
Maliyyə Nazirliyindəki qruplar arasındakı balans nazirin müavini Azər Bayramovun xeyrinə dəyişdikdən sonra, bu qrup kənar sahələrə nüfuz etməyə başlayıblar.İlk baxışdan nə qədər qəribə görünsə də Maliyyə Nazirliyində baş verən bu dəyişiklik Təhsil Nazirliyinə, eləcə də Gəncə Dövlət Universitetində baş verən olaylara da təsirsiz ötüşməyib. Bu sözləri Savash.org-a Maliyyə Nazirliyindəki mənbə deyib. Onun sözlərinə görə, son üç ildə Azər Bayramov Maliyyə Nazirliyində əsas söz sahiblərindən birinə çevrilib: «Azər Bayramov ölkənin ən güclü qruplaşmalarından biri tərəfindən himayə olunduğundan, ciddi şəkildə önə çıxıb. Əgər əvvəllər nazirliyin xidmət rəisləri və rayon şöbələri 1-ci müavin İlqar Fəti-zadənin qəbuluna qaçırdılarsa, indi Azər Bayramovun qəbul otağında növbə gözləməyə başlayıblar. Bunun səbəbi isə Azər Bayramovun hakimiyyətdəki güc qruplaşmalarının ən ciddisi ilə sıx münasibətdə olmasından irəli gəlir. Xüsusi ilə qardaşı Ceyhun Bayramovun birdən-birə təhsil naziri Mikayıl Cabbarovun müavini postuna təyin olunması da, Azər Bayramovun hansı gücə sahib olması haqda nazirlikdəki rəyi möhkəmləndirib». Məlumata görə, Azər Bayramovun belə bir gücə sahiblənməsindən ən çox yararlanan nazirliyin yüksək vəzifəlilərindən biri olan Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdur: «Cavanşir Yusifov Azər Bayramovun çətiri altında olmasından maksimum yararlanır. O, yaranmış vəziyyətdən sui-istifadə edərək, qardaşının da Gəncə Dövlət Universitetinə (GDU) rektor təyin edilməsinə nail oldu. Xidmət rəisi bununla kifayətlənib, sakit şəkildə dayanmayıb. O, nazir müavini Azər Bayramova sədaqətini nümayiş etdirmək və onun qardaşı Ceyhun Bayramovun mövqeyini gücləndirmək üçün Mikayıl Cabbarova da «ayı xidmət»i göstərməyə başlayıb. Maraqlı burasıdır ki, Cavanşir Yusifov bu məsələdə Gəncə Dövlət Universitetinin rektoru olan qardaşı Yusif Yusifovun xidmətindən də istifadə edir». Məlumata görə, Cavanşir Yusifov özünü Azər Bayramov və onun qardaşı Ceyhun Bayramov vasitəsilə təhsil naziri Mikayıl Cabbarova «şirin» göstərmək üçün Gəncə şəhərində ayrılan büdcə vəsaitləri ilə bağlı kompromat hazırlayır: «Sadə dilə desək, Dövlət Maliyyə Nəzarəti Xidmətinin əsas funksiyası idarə və müəssisələrə ayrılan vəsaitlərə nəzarət və onun təftişindən ibarətdir. İndi Cavanşir Yusifov da bu səlahiyyətindən yararlanaraq, keçmişdə Gəncənin icra başçısı Elmar Vəliyevin Mikayıl Cabbarova qarşı etdiyi hərəkətin öcünü almaq görüntüsü yaratmaq isətyir. Əslində isə məqsəd başqadır. O, rektor qardaşının vəzifə ömrünü uzatmaq istəyir». Məlumatlı şəxsin sözlərinə görə, Cavanşir Yusifovun Elmar Vəliyevə qarşı belə ürəkli davranmasını şərtləndirən vacib informasiya var: «Cavanşir Yusifovun qardaşı Gəncə Dövlət Universitetinin rektorudur. Ancaq görünən budur ki, şəhərin icra başçısı bu rektorun fəaliyyətindən razı deyil. Üstəlik, Mikayıl Cabbarovun xüsusi nümayəndəsi Ceyhun Mirzəyev vasitəsi ilə davamlı olaraq Gəncədəki təhsil müəssisələrinə müdaxilə edib, onların fəaliyyətlərini təftiş etdirməsi, Cavanşir Yusifovun da canyananlıq etməsini şərtləndirib. Bu, o Ceyhun Mirzəyevdir ki, Mikayıl Cabbarov 2014-2015 tədris ilinin əvvəlində Gəncədə yerləşən 3, 10, 11 və 31 saylı orta məktəblərdə direktor vəzifəsini müvəqqəti icra etməyi ona həvalə etmişdi. Müsahibimizin sözlərinə görə, Elmar Vəliyevin bu qrupun bəlli fəaliyyətindən xəbərli olması müşahidə olunur: «Elmar Vəliyev davamlı olaraq Gəncə Dövlət Universitetinin rektorunu tənqid edir, ən xırda məsələyə görə onu sərt şəkildə danlayır. Bu isə icra başçısının baş verən proseslərin pərdə arxasından məlumatlı olduğunu göstərir. Maraqlı burasıdır ki, hər belə hadisə olduqca Mikayıl Cabbarov GDU-ya önəmli bir tədbir təşkil etdirib, Cavanşir Yusifov və onun şefi Azər Bayramova borclu qalmadıqlarını göstərir. Yəni, Cavanşir Yusifov qardaşını qorumaq üçün nazir Mikayıl Cabbarovun «incə damarı»nı tuta bilib». Elmar Vəliyevin rektor Yusif Yusifovun simasında Maliyyə Nazirliyindəki məlum qrup və təhsil nazirini çıxılmaz dalana salmaq üçün əlverişli imkanları var. Məsələn, icra başçısı Gəncə Futbol Kollecində nələrə yol verildiyini araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edərsə, bu, Mikayıl Cabbarova ən böyük zərbə olacaq: «Belə bir vəziyyətdə isə Cavanşir Yusifovun da «ayı xidməti»ni rahat şəkildə effektsiz hala gətirmək mümkündür».Son olaraq qeyd edək ki, mövzu ilə bağlı redaksiyamıza olduqca diqqətçəkən başqa məlumatlar da verilib. Bununla bağlı araşdırmalarımız davam edəcək..Yazıda adları çəkilənlərin hər birinin mövqeyini dinləməyə hazırıq. azerinews.tv


0 0



Şərhlər (Facebook)