Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağdamda Baş həkim uşaq dünyaya gəlməmiş pulunu istəyir


Ağdamda Baş həkim uşaq dünyaya gəlməmiş pulunu istəyir
Azerbaycaninfo.com təqdim edir.Azərbaycanda tibb sektorunun hansı bərbad halda olduğu kimsəyə sirr deyil. Səhiyyə Nazirliyinin nəzarətsizliyi səbəbindən meydanda at oynadan həkimlər isə xəstələrə daha çox qazanc yeri kimi baxırlar. Demokratiya.info xəbər verir ki, acınacaqlı durumda olan tibb ocaqlarından biri də Ağdam Doğum Evidir. Məlumatlara görə, bu Doğum Evinin rəhbəri Fəridə Bağırova sözün həqiqi mənasında bazar yaradıb. Belə ki, o, uşaq hələ dünyaya gəlməmiş onun pulunu valideynlərindən tələb edir. Bundan başqa, uşağ dünyaya gəldikdən sonra əlavə xərclər də tələb olunur. Məsələn, bu Doğum Evində dərmandan tutmuş, adi bintə qədər heç nə tapmaq mümkün deyil. Onu valideyn özü alıb gətirməlidir. Fəridə Bağırova həmçinin palata pulu da alır ki, bu da xəstənin bir neçə gün xəstəxanada qalması üçün çox vacib şərtdir. Qiymətlər isə fərqlidir. Deyilənlərə görə, baş həkim pasientin geyiminə və davranışlarına xüsusi diqqət yetirir. Əyin-başı qismən yaxşı olanlar üçün qiymətlər 500 manata qədər yüksələ bilər. Kasıblar üçün isə bu rəqəm minimum 250 manatdır. Anaxeber.az. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


0 0



Şərhlər (Facebook)