Azərbaycan İnformasiya Agentliyi (AİA)

Laçınlı şəhid ailələri və müharibə veteranları bayram münasibətilə təbrik olundu

Laçınlı şəhid ailələri və müharibə veteranları  bayram münasibətilə təbrik olundu
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon təşkilatı Novruz bayramı ərəfəsində Laçın rayonundan olan bir qrup şəhid ailəsi, müharibə veteranı və əlillərin ailələrinə baş çəkərək onları bayram münasibətilə təbrik edib, maddi yardım göstəriblər. İlk olaraq 1992-ci ildə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Bakir İbrahimov və Qüdrət İbrahimovun ailələrinə baş çəkən təşkilat üzvləri şəhid ailələrinin vəziyyəti ilə yaxından maraqlanıblar. Laçın Rayon İcra Hakimyyəti başçısının müavini,Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon təşkilatının sədri Babək Alslanov bu kateqoryadan olan ailələrin daima dövlətimizin diqqətində olduğunu vurğulayraq qeyd etdi ki:” Dövlətimiz hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir. Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bu gün bura gəlməkdə məqsədimiz bizimlə birlikdə çiyin -çiyinə döyüşərək şəhid olmuş, sağlamlıqlarını itirərək əlil olan döyüş yoldaşlarımızın ailələrinə baş çəkmək xalqımızın əziz bayramı olan Novruz bayramı münasibətilə təbrik etməkdir. Belə əziz bir gün də sizlərlə birlikdə bayram sevinci yaşamaq bizim üçün fəxrdir. Qeyd etməyi özümə borc bilirəm ki, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonumuza təyin olunduqdan sonra bu diqqət və qayğı daha da artıb. Ötən il Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində tikilən mərasim evi Akif müəllimin yaxından dəstəyi nəticəsində bizim cəmiyyətimizin balansına verilib. Və bu dəstək bundan sonrada davamlı olacaq” Şəhid Bakir İbrahimovun anası Kübra İbrahimova, qardaşı Səfqulu İbrahimov , Şəhid Qüdrət İbrahimovun həyat yoldaşı Səfurə İbrahimova müharibə veteranı, I qrup əlil Rafiq Hacıyev, şəhid Rza Sadıqovun anası Şəfiqə Sadıqova, şəhid Vüqar Abdullayevin anası Mirvari Abdullayeva və başqalrı göstərdikləri diqqət və qayğıya görə Laçın Rayon İcra Hakimiyyətinə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon təşkilatının üzvlərinə təşəkkür edərək vurğuladılar ki, bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən razılıqla qarşılanır.

0 0

Şərhlər (Facebook)