Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ramil Usubovdan yeni təyinat


Ramil Usubovdan yeni təyinat
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub

Azerbaycaninfo.com "Report"-a istinadən xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Cəfər Rəhmanov işdən çıxarılıb.

O, DİN-in Baş İstintaq və Təhqiqiat İdarəsinə müstəntiq təyin olunub. Nazirin digər əmrinə əsasən, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov idarənin İstintaq Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, işdən çıxarılan C.Rəhmanov buna qədər uzun illər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi işləyib.


0 0



Şərhlər (Facebook)