Azərbaycan İnformasiya Agentliyi (AİA)


Laçınlı şəhid ailələri, müharibə veteranları ilə görüşlər davam edir


Laçınlı şəhid ailələri, müharibə veteranları ilə görüşlər davam edir
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon təşkilatının Novruz bayramı ərəfəsində Laçın rayonundan olan şəhid ailəsi, müharibə veteranı və əlillərin ailələri ilə görüşləri davam edir.Mart ayının 19-da Laçın Rayon İcra Hakimyyəti başçısının müavini,Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon təşkilatının sədri Babək Aslanovun başçılığı ilə təşkilatın idarə heyyətinin üzvləri növbəti dəfə bir qrup şəhid ailəsi və müharibə vetranları ilə görüşüblər.Babək Aslanov görüş iştirakçılarını salamlayraq bildirib ki:” Bu gün Azərbaycan dövləti sosial yardıma ehtiyacı olan bütün vətəndaşların, xüsusilə, Qarabağ müharibəsi əlilləri və veteranlarının, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Hər kəsə bəllidir ki, bu qəbildən olan insanların qayğıları Azərbaycan dövlətinin, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir. Ulu öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, Qarabağ qaziləri, əlilləri, veteranları Azərbaycanın ən layiqli övladlarıdır, onlar hər zaman cəmiyyətdə dərin hörmət və ehtirama layiqdirlər. Azərbaycan dövləti həmişə əlilə, şəhid ailəsinə arxa, həyan olub. Lakin dövlətimizin bu diqqət və qayğısı bizi arxayın salmamalıdır, gücümüz çatan işlərin öhdəsindən özümüz gəlməyə çalışmalıyıq.Bu gün dövlətimizin bu istiqamətdə apardığı işlər Laçın rayonunda da uğurla davam etdirilir. Çalşırıq ki, bu təbəqədn olan insanların ailələrinə daima dəstək olaq. Bir daha hər birinizi Novruz bayramı münasibəti ilə təbrik edirəm, cansağlığı arzulayıram”
Şəhid ailələrinin üzvlərindən Tamara Zeyanalova ,Telman Əsgərov, Nənəxanım Abışova Çimnaz Məmmədova,Fəridə Abassova, İsmayıl Nağıyev, İdris Quliyev və müharibə veteranı İlqar Abdullayev göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Laçınlı şəhid ailələri, müharibə veteranları ilə görüşlər davam edir
Laçınlı şəhid ailələri, müharibə veteranları ilə görüşlər davam edir
Laçınlı şəhid ailələri, müharibə veteranları ilə görüşlər davam edir


0 0



Şərhlər (Facebook)