Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağstafada saxta diplomlu icra nümayəndəsi


Ağstafada saxta diplomlu icra nümayəndəsi
Ağstafa rayon Qıraq Kəsəmən kənd icra nümayəndəsi Nurəddin Yaqubəliyevin diplomu saxtadır. O, “diplomu” Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktorundan alıb deyən bir qrup şikayətçi azerinews.tv-yə şikayət məktubu ünvanlayıb. Şikayətçilərin dediyinə görə vəzifə sahibi olan Nurəddin müəllim məzun olduğu təhsil ocağında ekologiya ixtisası üzrə təhsil alsada amma adı çəkilən institutda və ümumiyyətlə Qazaxda yerləşən təhsil ocaqlarında heç zaman belə bir ixtisas fənni tədris olunmayıb. Amma buna baxmayaraq saxta diplomlu icra nümayəndəsini Rayon İcra Hakimiyyətində vəzifə sahibi olan qohumları müdafiə edir. Güclü müdafiədən bəhrələnən Nurəddin Yaqubəliyev arxayın olaraq kənddə 300 hektar torpağa taxıl əkilməsi barədə arayışlar verir. Təbii ki, həmin torpaqlar əkilməsədə məqsəd taxıl əkini üçün ayrılan hər hektara görə 50 manat vəsaitin mənimsənilməsidir. Saxta diplomlu vəzifə sahibi, elə işinidə saxtakarlıqla həyata keçirdiyi üşün yerli sakinlər arasında ciddi narazılıqlar yaradıb. Narazı düşmüş insanlar, icra nümayəndəsinin kənddə özünə yaxın tanış adamların adına torpaq sahələri yazaraq hər hektara 50 manatdan 300 hektardan çox torpaq pulunun mənimsənildiyini bildirirlər. Bundan əlavə, İcra nümayəndəliyində onlarla xidmətçi ştatı mövcuddu. Kənddə yerləşən məktəbdə də bu hallar mıvcuddu. Şikayətçilərin iddiasına görə hər iki müəssədə adlarına ştat açılsada həmin şəxslər heç vaxt iş üzü görməyiblər. Çünki həmin şəxslərin kartları Nurəddinin cibindədi. Buna sübut kimi onun axırıncı işə götürdüyü xidmətçi şəxs deyilənə görə bacısıdır. Təbii ki, adı işdə gedən bacısının da məvacib kartı digər xidmətçilər kimi Nurəddin Yaqubəliyevin cibində gəzir. Kənd icra nümayəndəliyinə isə həftədə bir dəfə səliqəyə salmaq üçün bir-iki xidmətçi işə çıxır. Bu da görüntü xarakteri daşıyır. Məsələ ondan ibarətdir ki, onların da məvacibini Nurəddin Yaqubəliyevin tamahından uzağa gedə bilmir. Qarşı tərəfidə dinləməyə hzırıq. Azerinews.tv


0 0



Şərhlər (Facebook)