Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanda futbolçuların yeməyindən siçan çıxdı


Azərbaycanda futbolçuların yeməyindən siçan çıxdı
Ötən gün Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb

"Kəpəz" futbolçuları gözlənilməz hadisə ilə üzləşib.

Azerbaycaninfo.com sportal.az-a istinadən bildirir ki, komandanın bazasında qalan futbolçular bazanın yeməkxanasında biabırçı halla üzləşib.

Futbolçularının birinin yeməyindən ölü siçan çıxıb. Bu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib. Bunlardan birinin Ramil Haşımzadə olduğunu öyrənsək də, digər 3-nün adı məlum deyil.

Məlumatda klubunun bazasında qalan futbolçular üçün heç bir şəraiti olmadığı və mətbəxdə insanlardan çox siçanların olduğu, yeməklərin isə bərbad vəziyyətdə olduğu bildirilib.


0 0



Şərhlər (Facebook)