Azərbaycan İnformasiya Agentliyi (AİA)


300 “oğru” “sxodka”ya hazırlaşır - İlginc faktlar


300 “oğru” “sxodka”ya hazırlaşır - İlginc faktlar“300 “oğru” Zaxariya Kalaşovun (“Şakro-molodoy”) rəhbərliyilə “sxodka”ya hazırlaşır”.


Bu haqda məlumatı “rosbalt” saytı hüquq-mühafizə orqanlarına istinadən yayıb.

“Oğru”ların məqsədi cinayət aləmində etdikləri səhvlərə görə bəzi kriminal “generalları”nın fəaliyyətini müzakirə etmək və onların “qanuni oğru” rütbəsini əllərindən almaqdır.

“Sxodka”da, həmçinin “qanun tərəfdarı” olan Tariel Onianinin (Taro) hazırkı və keçmiş tərəfdarları arasında olan münaqişənin də müzakirə ediləcəyi gözlənilir.

Alınan məlumata görə, “sxodka” yazın sonunda və ya yayın əvvəlində Moskvada keçiriləcək.

Qeyd edək ki, “Şakro-molodoy” rus-gürcü kriminal cinayət dəstəsinin lideridir. Onun ən böyük arzusu qətlə yetirilən “qanuni oğru” Aslan Usoyanın (Ded Hasan) yerini tutmaqdır.

Xatırladaq ki, “qanuni oğru”ların son “sxodka”sı bu ilin yanvarında İrəvanda keçirilib. Həmin görüşdə 100-dən çox nüfuzlu “qanuni oğru” iştirak edib.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)