Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ziya Məmmədov rəisi işdən çıxardı


Ziya Məmmədov rəisi işdən çıxardıBakı Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Nəqliyyat naziri Ziya Məmmədov daha bir kadr dəyişikliyi edib. Nazirliyin "Bakı Sərnişin Nəqliyyatı"MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi Rövşən Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Elman adlı şəxsin təyin olunub. Yeni rəisin bundan öncə Daxili Qoşunlarda xidmət etdiyi bildirilir.

İdarənin əsas vəzifəsi və fəaliyyətinin istiqaməti Bakı şəhərində sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi və şəhər sərnişin (avtobus və taksilərlə) daşımaları sahəsində Nəqliyyat Nazirliyi tərəfindən formalaşdırılan vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlər görməkdir. Bundan başqa, adıçəkilən qurum tabeliyində olan nəqliyyat müəssisələrinin səmərəli və fasiləsiz işləməsini təmin etmək, onların idarə olunmasını həyata keçirmək, müqavilə əsasında müvafiq ərazidə fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri əhaliyə nəqliyyat xidmətləri göstərilməsinə cəlb etmək, şəhər nəqliyyatının inkişafına yönəldilmiş proqramların hazırlanması və onların yerinə yetirilməsini təmin etməkdir.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)