Azərbaycan İnformasiya Agentliyi (AİA)


Böhran AST Telmanı "vurdu", Ağalarov isə qazandı


Böhran AST Telmanı "vurdu", Ağalarov isə qazandıABŞ-ın nüfuzlu “Forbes” jurnalı Rusiyanın 2015-ci il üzrə ən varlı insanlarının siyahısını dərc edib.

Rusiyadakı böhran 200 biznesmenin yer aldığı siyahıda bəzi dəyişikliklərin olması ilə nəticələnib

Siyahıya 15,4 milyardlıq sərvətlə “İnterros”un prezidenti Vladimir Potanin başçılıq edir. İkinci yerdə isə sərvəti ötən il 3 milyard dollar azalan “Alfa-qrup” şirkətinin sahibi Mixail Fridman qərarlaşıb. Onun sərvətinin 14,6 milyard dollar olduğu bildirilir.

Son üç ildə “Forbes”in milyarderlər siyahısına rəhbərlik edən Alişer Usmanov isə siyahıda 3-cü yerə enib. Ötən il Usmanovun sərvəti 4,2 milyard azalaraq 14,4 milyarda çatıb.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)