Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Kaş ki, bizdə də belə film çəkilə”


“Kaş ki, bizdə də belə film çəkilə”Dünən “28 Cinema”da Çanaqqala zəfərinə həsr olunmuş “Son məktub” filminin Azərbaycan təqdimatı oldu. Təqdimatda filmin rejissoru Özhan Ərən, baş rolu oynayan Azərbaycan əsilli türkiyəli aktrisa Nəsrin Cavadzadə, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Nizami Cəfərov, Bahar Muradova və başqaları iştirak etdi.

Filmin nümayişindən sonra millət vəkilləri Fazil Mustafa və Nizami Cəfərova sualları cavablandırıb.

Millət vəkillərinin film haqqında təəssüratlarını təqdim edirik.

“Kaş ki, bizdə də belə film çəkilə”Fazil Mustafa: “Çox gözəl film idi, hesab edirəm ki, bu qədər peşəkar bir filmlə ancaq Türkiyənin bu böyük zəfərini tanıtmaq mümkün olardı. Kaş ki, bizdə də belə film çəkilə. Ən azı özümüz çəkə bilmiriksə, heç olmasa türkləri dəvət eləyib bu işi görməliyik, Qarabağla bağlı belə bir möhtəşəm film olsa, Azərbaycanda həqiqətən böyük vətənpərvərlik duyğusu yaranar”.

Çanaqqala savaşına həsr edilmiş filmdə Atatürkün adının məktubda bircə dəfə çəkilməsinə münasibətini isə millət vəkili bu sözlərlə bildirdi:

“Məncə, bir az ideoloji yanaşma var, əslində, burda təkcə Atatürk yox, bütün qəhrəmanların, komandirlərin adı çəkilə bilərdi. Bəlkə bu, daha doğrudur, çünki Çanaqqala zəfərinin qəhrəmanı onlarla komandir olub. Atatürk daha çox sonrakı dövrün qəhrəmanıdır, 1919-20-ci illərin. Buna görə...”

Fazil Mustafa ölkəmizdə belə filmlərin çəkilməməsinə maliyyə, yoxsa peşəkarlığın azlığının səbəb olmasını qısaca belə cavablandırdı:

- Yox, məncə, peşəkarlığın azlığındandır, daha çox öyrənmək lazımdır.

“Kaş ki, bizdə də belə film çəkilə”Millət vəkili Nizami Cəfərov filmdən çox təsirləndiyini dilə gətirdi:

- Çox təsirli film idi, bu filmi yaradanların öz üslubu, düşüncəsidir. Ümumiyyətlə isə çox təsirli filmdir. Atatürkün adının bircə dəfə çəkilməyinə gəlincə, onun Çanaqqala savaşında rolu ilə bağlı çox filmlər var, başqaları ayrı cür düşünə bilər, yəqin bu müəlliflər də bu cür düşünür.

Millət vəkilinin fikrincə, bizdə də belə filmlərin çəkilməsi üçün imkan var:

- Bizdə də çəkilə bilər, belə film çəkmək üçün imkanlar da var. Çanaqqala mövzusu Türkiyə üçün daha doğmadır. Baş rolda azərbaycanlı xanımın oynamağı çox yaxşıdır, bu da onu göstərir ki, belə film çəkilməsi üçün bizdə də potensial var.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)