Azərbaycan İnformasiya Agentliyi (AİA)


Yumurtanın rəngi toyuğun səhhətindən xəbər verir


Yumurtanın rəngi toyuğun səhhətindən xəbər verirYumurtanın sarısına baxraq bir toyuğun qapalı və ya həyət şəraitində yetişdiyini bilmək mümkündür

Yumurtanı sındırdığımız zaman onların sarısının fərqli rənglərdə olduğunu görürük. Məhz yumurtanın sarısının rəngi toyuğun sağlamlığından xəbər verir.

Həyətlərdə, televizorda və ya şəkillərdə toyuqları həyət şəraitində, torpaq üzərində görsək də, əksər fermalarda toyuqlar onlar üçün tikilmiş binalarda, 24 saat günəş görmədən yetişirlər. Bu vəziyyət toyuğun səhhətinə birbaşa təsir etdiyindən yumurtanın sarısına baxraq bir toyuğun qapalı və ya həyət şəraitində yetişdiyini bilmək mümkündür.

Əgər sındırdığımız yumurtanın sarısı tünd, narıncı rəngə yaxındırsa əminliklə onu yumurtlayan toyuğun sağlam olduğunu deyə bilərik.

Amma bunun əksinə, sındırdığımız yumurtanın sarısı açıq sarı rəngdədirsə deməli həmin toyuq yaxşı qidalanmayıb.

Mütəxəssislər həmçinin fərqli piqmentlər qatılmış yemlə qidalanan toyuqların yumurtalarının sarısının fərqli rənglərdə ola biləcəyini deyib.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)