Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Kəpəz“in təhqir edən futbolçusu cəzalandırıldı


"Kəpəz“in təhqir edən futbolçusu cəzalandırıldıAFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan birinci divizionunun 25-ci turunun “Kəpəz” – “Ağsu” matçında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar çıxarılıb

“Kəpəz” – “Ağsu” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 18 nömrəli futbolçusu İsmayıl Aslanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin oyunun videoyazısına yenidən baxıldıqda hakimin qərarının haqsız olduğu görünür, buna görə də futbolçuya verilən ikinci sarı vərəqə ləğv edilib. Hakimlər Komitəsinin hakim barədə lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat verilməsi ilə bağlı qərar qəbul olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun 5 nömrəli futbolçusu Vasif Mehrəliyev, “Ağsu” klubunun 7 nömrəli futbolçusu Malik Babayev bir-birini təhqir etdiylərinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanıb.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)