Azərbaycan İnformasiya Agentliyi (AİA)


Yeni tikilən qolf kompleksində ölüm - Bakıda


Yeni tikilən qolf kompleksində ölüm - BakıdaBakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bu barədə Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, Yeni Suraxanı qəsəbəsi yaxınlığında inşa olunan “Xəyal adası” qolf kompleksində fəhlə işləyən 1981-ci il təvəllüdlü Elnur Kazımov hündürlükdən yıxılıb. 34 yaşlı E.Kazımov ağır vəziyyətdə yaxınlıqdaklı özəl xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)