Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanda minlərlə uşaq valideynsiz böyüyür


Azərbaycanda minlərlə uşaq valideynsiz böyüyür“ 2015-ci ilin əvvəlinə olan məlumata görə, internat məktəbləri və kimsəsizlər evində 9997 uşaq tərbiyə alır”

Bunu Dövlət Statistika Komitəsinin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

Komitə rəsmisi 2015-ci ilin əvvəlinə uşaqlar üçün internat müəssisələrində ayrı-ayrılıqda tərbiyə alanlarla bağlı bu statistikanı açıqlayıb:

“Hazırda 4 körpələr evi var və orada tərbiyə alan uşaqların sayı 155 nəfərdir. 7 uşaq evində tərbiyə alan uşaqların sayı isə 610 nəfərdir”.

Şöbə müdiri qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin sayı 1, orada olan uşaqların sayı 2483 nəfər, əqli cəhətdən geri qalan uşaqlar üçün internat evlərinin sayı 2, onlarda olan uşaqların sayı 314 nəfərdir.

“Ümumi təhsil internat məktəblərinin sayı 22-dir ki, orada da 6435 nəfər uşaq tərbiyə alır. Onlardan, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərinin sayı 3, tərbiyə alan uşaqların sayı isə 414 nəfər təşkil edir”.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)