Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Torqovı"da insan sümükləri tapıldı


"Torqovı"da insan sümükləri tapıldıBakının mərkəzində aparılan təmir-rekonstruksiya işləri zamanı qəribə tapıntı aşkarlanıb. “Torqovı” kimi tanınan Fəvvarələr meydanında, "McDonalds"ın arxasında insan sümükləri tapılıb.

Sümüklər qazıntı zamanı 3 metr dərinlikdə üzə çıxıb. Tapıntı 50-60 il əvvəl ölmüş insanın skeletinə bənzəyr. İlkin ehtimala görə, həmin ərazi əvvələr qəbiristanlıq olub və sümüklər də həmin vaxtdan qalıb. Hazırda Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bakı ağsaqqallarının dediklərinə görə, həmin ərazidə şəhər qəbiristanlığı olmayıb.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)