Azərbaycan İnformasiya Agentliyi (AİA)


Nyu York senatının sədri dələduzluqda ittiham edilir


 Nyu York senatının sədri dələduzluqda ittiham edilirSenatora və oğluna qarşı bir neçə ittiham üzrə istintaq aparılır…
Nyu York Senatının sədri Din Skelos və oğlu Adam ABŞ polisi tərəfindən saxlanılıb.

Ata-oğul dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirlirlər. New York Times qəzetinin yazdığına görə, 67 yaşlı siyasətçiyə və onun 32 yaşlı oğluna 6 maddə üzrə ittiham irəli sürülüb.


Senator bəzi yerli qanunlara lobbiçilik etməkdə, Glenwood Management və Arizona ştatından olan AbTech Industries şirkətinə himayədarlıq etməkdə tqəsirləndirilir. Senatorun himayəçiliyi qarşılığında həmin şirkətlər onun oğlu Adama “komisyon haqq” ödəyirmişlər. İttihamlara görə, belə əməliyyatlar nəticəsində son 5 il ərzində Adam Skelos 220 min dollar qanunsuz gəlir əldə edib.


Cənubi Nyi-York dairəsinin prokuroru Prit Bharara da senatorun oğlunun bank hesablarında qanunsuz pulların toplandığını deyib.

Senator özü ittihamları rədd edir, lakin onun dəlilləri və istintaq dövründə vəzifəsində qalıb-qalmayacağı bəlli deyil. Məhkəmə senatoru və oğlunu həbsdən azad edib, lakin müəyyən şərtlər daxilində istintaq altında saxlayıb.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)