Azərbaycan İnformasiya Agentliyi (AİA)


Buruna bax - insanı tanı!


Buruna bax - insanı tanı!Burun quruluşu ilə xarakteriniz və necə insan olduğunuz haqqında öyrənmək mümkündür.

İti və uzun burunlar

İti və uzun burunlu insanlar qarşılarındakına təsiretmə və istiqamətvermə gücü yüksək olan insanlardır. Üstün zəkaları sayəsində bir çox işi bacarıqla yerinə yetirirlər. Məsuliyyətli olur və planlarını reallaşdırmaq üçün var gücü ilə çalışırlar. Əsəbi və hirsli olduqları üçün sonsuz səhvlər edirlər.

Böyük və əyri burunlar

Böyük və əyri burunlar qədim zamanlardan ələ salınır. Onlar bu cür rəftara məruz qaldıqları üçün sərt reaksiya verirlər. Lakin ciddi və əsəbi maskalarını çıxardıqları zaman çox həssas və dostcanlı insan olurlar.

Yuxarı qalxmış burun

Yuxarı qalxmış burunlar səbrli və təmkinli insanlar olur. Bu xüsusiyyətlərinə görə çox sevilirlər. Onlar dostlarını və yaxınlarını sevindirməkdən zövq alırlar. İnadçı olmurlar.

Qısa burun

Qısa buruna sahib insanlar adətən şair ruhlu olur. Özlərinə xas əyləncə və zarafat üslubu var. Hər hansı problemin həllinə çarə tapa bilirlər. Qısa burunlular eyni zamanda başqalarını düşünən olur. Başqalarının əmri ilə oturub-durmurlar.

Düz burun

Düz burunlu insanlar intellektual biliyə sahib olur. Düz burunlu insanlar öz həmcinslərinə qarşı soyuq davranır. Çoxları səmimi olmur. Bu cür insanlar başqaları tərəfindən sevilməsə də, hörmətli olmağı bacarırlar.

Buruna bax - insanı tanı!

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)