Azərbaycan İnformasiya Agentliyi (AİA)


Asiya İnkişaf Bankı Azərbaycana 750 milyon dollar ayırır


Asiya İnkişaf Bankı Azərbaycana 750 milyon dollar ayırırAsiya İnkişaf Bankı (AİB) və Azərbaycan hökuməti ölkənin enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi məqsədilə 1 milyard dollar məbləğində investisiya proqramı üzrə anlaşma memorandumu imzalayıblar.

Saziş 2-5 may tarixlərində Bakıda keçirilən AİB-in Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində imzalanıb.

Sənədi proqramın icraçısı və dövlət müəssisəsi “Azərişıq” ASC-nin sədri Baba Rzayev, Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov və AİB-in vitse-prezidenti Vencay Janq imzalayıblar.

V.Janq deyib ki, Azərbaycanın enerji sektoru ölkə iqtisadiyyatında aparıcı rol oynayır və təklif olunan proqram müştərilərə elektrik enerjisinin çatdırılmasını daha da təkmilləşdirəcək: “Proqram daha etibarlı enerji təchizatını bu sahədə itkilərin azaldılması və yüksək keyfiyyətli müştəri xidmətləri ilə təmin edəcək".

AİB proqramı 750 milyon dollar məbləğində çoxtranşlı maliyyələşdirmə mexanizmi vasitəsilə dəstəkləyir. 250 milyon dollar isə birinci mərhələ üçün nəzərdə tutulmuş kreditdir. Bu vəsaitlər enerji paylama xətləri, yarımstansiyaların yenilənməsi və müştəri xidmətinin təkmilləşdirilməsi, habelə mövcud elektrik enerjisi sayğaclarının rəqəmsal sayğaclarla əvəzlənməsi məqsədilə istifadə olunacaq. “Azərişıq” ASC-nin əməliyyat və maliyyə performansının yaxşılaşdırılması məqsədilə kadr potensialının gücləndirilməsi sahəsində fəaliyyətlər də həyata keçiriləcək.

Azərbaycan hökuməti 250 milyon dollar məbləğində vəsaiti təmin edəcək.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)