Azərbaycan İnformasiya Agentliyi (AİA)


Depressiya kökəlməyə meyillik yaradır


 Depressiya kökəlməyə meyillik yaradırOhayo Dövlət Universitetinin mütəxəssisləri hesab edirlər ki, insanların gündəlik həyatlarında baş verən hadisələr onların çəkilərinə də təsir göstərir.
Müxtəlif növ şirniyyat, yüngül qəlyanaltı gününü daha çox televizor və kompüter arxasında keçirən insanlarda kökəlməyə meyl yaradır.
Mütəxəssislər 20-78 yaş arasındakı yüz nəfər arasında sorğu keçiriblər. Alınan nəticəyə görə, onların yarıdan çoxu köklükdən əziyyət çəkir. Kök insanların, demək olar, hamısının gündəlik qida rasionuna krekerlər, çipslər, kola, şirniyyat məmulatları, kolbasalar və həmçinin hisə verilmiş ət məhsulları daxildir.
Digər insanlarda isə kökəlməyə səbəb kimi psixoloji gərginlik göstərilir. Ekspert rəylərinə görə, depressiyaya düşən insanlar kökəlməyə daha meyilli olurlar.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)