Azərbaycan İnformasiya Agentliyi (AİA)


Gəncədə polis mayoru intihar edib


Gəncədə polis mayoru intihar edibGəncə şəhərində intihar hadisəsi baş verib. Mayın 11-də günorta saatlarında Gəncə şəhərində 1964-cü il təvəllüdlü Mahal Mikayılov qol damarlarını kəsərək özünə qəsd edib. Meyit Yeni Gəncə yaşayış massivinin ərazisində yerləşən yanacaqdoldurma məntəqələsində aşkar olunub. Meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomoya birliyinin Gəncə şəhər şöbəsində aparılıb, müayinə olunaraq aiddiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, intihar etmiş şəxs Gəncə şəhər baş polis idarəsinin dəftərxanasında işləyib, mayor rütbəsi daşıyıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi qaldırılıb, intiharın səbəbi araşdırılır.
Hadisə ilə bağlı mərhumun qardaşı oğlu Cavid Mikayılov "Report"la əlaqə saxlayaraq bildirib ki, bu hadisənin intihar olması inandırıcı deyil. "Mahal Mikayılov çox təmkinli, xoş təbiətli insan olub, illərdi hüquq mühafizə orqanlarında çalışıb və heç bir problemi olmayıb. Onun intihar etməsi bu səbəbdən inandırıcı deyil, istənilən halda cinayət işinin yekunlaşmasını gözləmək lazımdır", - o bildirib.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)