Azərbaycan İnformasiya Agentliyi (AİA)


İmişlidə zavodun bir neçə yüksək səlahiyyətlisi həbs olundu


İmişlidə zavodun bir neçə yüksək səlahiyyətlisi həbs olundu

İmişli rayonunda fəaliyyət göstərən “Araz MMC” zavodunun bir neçə yüksək səlahiyyətlisi həbs olunub. Məlumata görə hadisə bir neçə gün bundan öncə baş verib.
Vergilər Nazirliyinin əməkdaşları zavodu yoxlayıblar. Bundan sonra zavodun fəaliyyəti dayandırılıb və bir neçə səlahiyyətli işçi saxlanılıb. Bundan əlavə, zavodun sahibi Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli idarəsinin rəisi , iş adamı Saleh Səmədov da polisə çağırılıb. Əldə etdiyimiz məlumata görə zavodun fəaliyyəti bir neçə gün dayandırılıb və Vergilər nazirliyinin əməkdaşları tərəfindən qapıları möhürlənib. Dünən isə “Araz MMC”-nin saxlanılmış əməkdaşları azadlığa buraxılıb və zavodun fəaliyyəti yenidən bərpa olunub. Qeyd edək ki, “Araz MMC” spirtli içkilərin və sərinləşdirici sular istehsal edir. Zavodun sahibi S. Səmədov İmişli RPİ-nin rəis müavini Sahib Səmədovun qardaşıdır. Avropa.info


0 0



Şərhlər (Facebook)