Azərbaycan İnformasiya Agentliyi (AİA)


Xaləddin İsgəndərov yanan binanın qarşısına 15 minlik telefonla gəldi


Xaləddin İsgəndərov yanan binanın qarşısına 15 minlik telefonla gəldi
Xaləddin İsgəndərov yanan binanın qarşısına 15 minlik telefonla gəldi
Elektron poçtumuza oxuculardan biri tərəfindən unikal sayıla biləcək foto göndərilib. Foto mayın 20-də Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında çəkilib.
Həmin vaxt yanan binanın qarşısında olan Binəqədi icra başçısı Xaləddin İsgəndərov bir əli ilə göstəriş verir, digər əlində isə telefon tutub, kimləsə danışır. İcra başçısının əlində tutduğu telefon “Vertu Signature Pure Black” markalı telefondur.Kiçik bir araşdırma aparıb müəyyən etdik ki, bu telefonu icra başçısı maaşı ilə alına bilməsi mümkün deyil. Belə ki, icra başçısının maaşı 937 manat, telefonun qiyməti isə 15 min avrodur. Necə ola bilir ki, 937 manat maaş alan icra başçısı bir telefona 15 min avro pul verə bilir? Belə çıxır ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov böyük hökmə sahibdir. Ola bilər. Amma bu hökmü, zamanını xərcləyib ən bahalı telefon almaq yerinə, öz vəzifəsinin öhdəsindən gəlsəydi daha yaxşı olmazdımı?
Bu telefon dövlətin icra başçısına verdiyi maaşla alınmayıb.


0 0



Şərhlər (Facebook)