Azərbaycan İnformasiya Agentliyi (AİA)


Röya "vor zakon”luğu İlhamədən öyrənib - Flora Kərimova


Röya "vor zakon”luğu İlhamədən öyrənib - Flora KərimovaXalq artisti Flora Kərimova müğənni Röyanın qalmaqallı video məsələsinə münasibət bildirib.

Mətbuata açıqlama verən sənətkar deyib ki, Röyanın etdiyi biabırçılığı Azərbaycan sənət dünyasında və səhnəsində İlhamə başlayıb:

“Bizim dövrümüzdə heç bir müğənni bu hərəkəti etməzdi. Röya özünü açıq-saçıq göstərəndə biləydi ki, nəticəsi bu olacaq, kimsə onu söyəcək də, təhqir də edəcək. Gərək, bu məsələlərə dözümlü yanaşardı, daha durub, “vor zakon”luq etməzdi. Röya çox pis hərəkət etdi. O, oğlanın üstünə “bazburt”lu kişilərlə getdi. “Bazburt”lu kişi bilmir ki, polis var və o, Röyanın xuliqanlığına reaksiya verə bilər. Polis isə gəlib oturub Röyanın yanında. Əgər o, polisdirsə, özü ondan soruşmalıdır ki, bu nədir? Sən polis, yaxud da o adamlar hansı başla gəlib onun yanında oturub? Bilmirdilər ki, Röya bunu axırda çəkəcək və onları pis vəziyyətdə qoyacaq?

Gərək, Röyanı çağırıb soruşsunlar ki, yanındakılar kimdir? Əgər onları pulla tutub gətiriblərsə, yaxud polissənsə sənin nə ixtiyarın var, “zopa” rolunda olursan? Aidiyyəti qurumlar mütləq maraqlanmalıdır ki, Röya hardan alıb bu cəsarəti?”

F.Kərimova əlavə edib ki, Röyanın etdiyi bu hərəkət təkcə onu söyən cavan oğlana qarşı deyil, bütün kişilərə qarşı edilmiş təhqiramiz hərəkətdir:

Xalq artisti deyir ki, Röya çox böyük səhvlər etsə də, onun həbsini arzulamır: “Röya qadındı, anadır, balası var. Ancaq bir az başını işlətsin. Ümid mətbuata qalıb. Məndən başqa danışan yoxdur. Ona görə, bu sözümü yadınızda saxlayın: İlhamə Quliyevanı susdurmayana kimi Röya kimilər göbələk kimi çırtlayacaq”.

Xatırladaq ki, müğənni Röya onu təhqir edən şəxsi mədəniyyət, şou-biznes adamı kimi deyil, cinayətkar aləmin nümayəndələrinə xas üsullarla cəzalandırıb.

Müğənninin “İnstagram” səhifəsindəki paylaşımından aydın olur ki, o, polisin köməyi ilə həmin şəxsi taparaq hüzuruna gətizdirib və onunla haqq-hesab çəkib.

Üstəlik, qurduğu bu “məhkəməni” gizli şəkildə videoya çəkərək, başqalarına dərs olsun deyə yayımlayıb.

Alyanspress.com


0 0



Şərhlər (Facebook)