Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Pul problemimiz həll olunur...”- Dünya çempionu olan azərbaycanlı


“Pul problemimiz həll olunur...”- Dünya çempionu olan azərbaycanlı“Avropa Oyunlarında medalın fərqi yoxdur. Uduzmaqdansa, bürünc medal qazanmaq da yaxşıdır. Amma qızıl olsa, lap əla olar. Özü də Bakıya gələcək, rəqiblərin hamısını bundan əvvəl məğlub etmişəm”.


Bu sözləri cüdo üzrə milli komandamızın üzvü, gənclər arasında dünya çempionu Elmar Qasımov deyib.

O, Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında fikirlərini bildirib: “Bu yarış bizim məsuliyyətimizi artırır. Nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, medallarımız olacaq”.

Qasımov yarışa hazır olduğunu və zədəli olmadığını da sözlərinə əlavə edib: “Mən zədəli deyiləm. Özümü yarışa hazır hiss edirəm. Öz azarkeşlərimiz önündə qələbə qazanmağa, hamını sevindirməyə çalışacağam”.

Gənc çüdoçu 2008-ci il Pekin Yay Olimpiya oyunlarının qalibi Elnur Məmmədlinin “indiki cüdoçularımızla gücümü yoxlayıram və onlar heç biri mənə qalib gələ bilmir” açıqlamasına da cavab verib: “Elnur Məmmədli ilə Çelyabnski şəhərində güləşdik. Amma bərabər səviyyəli görüş oldu. Nə üstün oldu, nə mən”.

Dünya çempionu pulla bağlı problemlərinə yoluna qoyulduğunu deyib: “Bizim pulla bağlı problemlərimiz hardasa 50 faiz yoluna qoyulub. Məsələ maaşlarda deyildi. Sadəcə ezamiyyət pulları verilmirdi. Onlar da yoluna qoyulur”.

Qasımov əsas rəqiblərinin adını açıqlayıb: “Təbii ki, əsas rəqibim çexiyalı Lukaş Krpalekdir. Onunla bir dəfə üz-üzə gəlmişəm. Çox çətinliklə qələbə qazana bildim”.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)