Azərbaycan İnformasiya Agentliyi (AİA)


Tanınmış aktrisa vəfat etdi


Tanınmış aktrisa vəfat etdiAmerikalı aktrisa Meri Ellen Treynor dünyasını dəyişib.

63 yaşlı məşhur aktrisa Kaliforniyada yerləşən şəxsi evində vəfat edib.

Onun ölüm səbəbinin mədəaltı vəzi xərçəngi olduğu ehtimal edilsə də, bu haqda dəqiq məlumat verilmir.

Qeyd edək ki, Meri Ellen Treynor 20 ildir ki, prodüser və rejissor Robert Zemekislə evlidir və onların Aleksandr adlı oğulları var.

Aktrisa məşhurluğunun pik nöqtəsini “Forest Qamp” filmi ilə yaşayıb.

Azerbaycaninfo.az



0 0



Şərhlər (Facebook)