Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ramazan ayı haqqında-yenilənib


Ramazan ayı haqqında-yenilənib
Allah- taalanın yaratdığı bu dünya, “İmtahan dünyası” adlansa da, Yaradan insanları böyük məhəbbətlə,”Məhəbbət gövhərin” dən sevə-sevə yaratmış, öz seçim və yaşamlarında sərbəst, faili-muxtar etmişdir. Bu səbəbdən də ilk yaranışdan insanları düzgün yola hidayət etmək üçün Peyğəmbərlər və imamlar göndərmişdir ki, sonra Qiyamət günü insanlar deməsinlər:” Bizim heç nədən xəbərimiz yox idi”. Allahın ilk yaratdığı insan, Hz.Adəm (ə.s.) elə ilk Peyğəmbər olmuş və Allah-taala insanlara düzgün yaşamaları üçün qanun və hikmət toplusu olan müəyyən səhifələr və Tovrat, İncil, Zəbur, Qurani-Kəriim kimi müqəddəs kitablar nazil etmişdir.
Bildiyimiz kimi digər müqəddəs kitabların məğzini, tamamını özündə cəmləyən axırıncı kitab Qurani-Kərim və axırıncı Peyəmbər də Hz. Muhəmməddir. Hz. Muhəmməddən sonra isə Yer üzündə Allahın höccətləri yalnız Allahın əmri və Peyğəmbərimizin buyuruqu ilə onun Əhi-Beytidir.
Quranı -Kərimdə buyurulduğu kimi digər müqəddəs kitablar və digər Peyğəmbərlərin əmrləri zaman-zaman təhrif olunsa da Allah–taala Özü Quranı-Kərimi qoruyur və onun bir hərfini belə dəyişməyə icazə vermir. Deməli, başqa dinlərdə olan insanlar öz dinlərini və kitablarını təhrif etməklə imtahan olunur, lakin Muhəmməd ümməti isə Peyğəmbərimizin əmr və buyuruqlarını təhrif etməklə imtahan olunurlar.
Uca Yaradan Muhəmməd ümmətinə heç bir ümmətə vermədiyi mükəlləfiyyətləri bəxş etmiş, insanları günahlardan təmizləmək və tövbə etmələri üçün müəyyən məqamlar, günlər ayırmışdır. İlin 12 ayından 6 ayını (4 haram, 3 mübarək) bizlərə bəxş etmişdir. Yəni, Allah-taala Muhəmməd ümmətinə böyük şans vermişdir ki, bu aylarda öz ibadət- itaət və gözəl niyyətləri ilə onların hər iki dünyadakı, məqamlarını ucaltsın. Beləliklə də Allah bu “İmtahan dünyası”nda günahlardan çəkinmək və zamanla etdiyimiz günahlardan tövbə , istuğfar etmək üçün bizlərə bir daha fürsət vermişdir.
Haram və mübarək ayların hikmətlərini saymaqla bitməz. Bu müqəddəs aylardan biri olan Ramazan ayı Allahın biz ümmətə bu dünyada bəxş etdiyi bir hədiyyə və lütfdür. Ramazan-orucluq ayının öz hikmətləri və xüsusiyyətləri vardır.Bu ay insan ruhunun və cisminin təmizlənməsi, cilaianıb, saflaşması ayıdır. Bu ay sanki maddı gözlə görmədiyimiz aləmlərin darvazasının açıldığı, mələklər, ruhlar və müqəddəs ruhların bizlərlə təmas, görüşməsi və Allah tərəfindən Lovhu-Məhfuzda talelərimizin yenilənərək,yaxşı və ya pis tərəfə dəyişdirilməsi ayıdır. Bir sözlə bu dünyada həyatımızı mənalı, səmərəli, dəyərli, hörmətli, əziz keçirmək və əbədi dünyada da müəyyən məqam sahibi olmaq üçün Allahın bizlərə verdiyi bir fürsət ayıdır. Çünki Allah Özü bizləri yaratdığına və Öz müqəddəs ruhundan bəxş etdiyinə görə, bizi anamızdan da çox sevir. Bizləri belə sevə-sevə Yaradan, bizləri nə bu dünyada cəzalandırmaq, nə də ki, Əbədi dünyada Cəhənnəm odunda yandırmaq istəməz. Sadəcə bu “İmtahan dünyası”nın məğzi olan və Allahın istəyi ilə müxtəlif bəhanələrlə imtahan olunan bizləri öz Əbədi Cənnətinə layiq etmək istəyir. Bunu dəyərləndirə bilməmək və bu fürsətdən istifadə edərək yararlanmamaq yenə də öz günahımızdır. Bu fürsətin bu gün bizə qismət olması, ömrümüzün davam etməsi də elə Allahın bizə bəxş etdiyi bir nemətdir.
Bu müqəddəs ayda Allah-taala həm də cismimizdə(batinimizdə) yığılıb qalan nəfsi rəzalətlərdən (qəzəb, nifrət, kin-küdurətdən) qurtarmaq, günahlar yükünü tökmək və daxili orqanların (orqanizmin) təmizlənməsi üçün oruc tutmağı buyurur. Çünki ac qalan orqanizmin daxilində elə proseslər gedir ki, insan qəlbi istər–istəməz yumşalır və insan sanki öz ruhuna daha yaxın olur. Əslində biz insanlar ruhən çox güclü olsaq da, cismən ən acız varlıqlarıq. Çünki aclığa, susuzluğa soyuqa-istiyə və müəyyən xəstəliklərə qarşı çox dözümsüzük. Bu səbəbdən də bu ayda Allah-taala bizi dözümsüz bədənimizlə, bizə çox əziz olan mallarımızla və elə özümüzü özümüzlə imtahan edir ki, Onun bəxş etdiyi canın , malın , ömrün, əzizlərin, təbiətin, bir sözlə gözümüzün gördüyü, ruhumuzun hiss etdiyi bütün nemətlərinin dəyərini, qədrini daha yaxşı bilək. Həmçinin az bir zaman yaşayacağımız bu dünyada insanlarla mehriban, gözəl ünsiyyət etməyimizi, bizə bəşx etdiyi var-dövlətimizdən (elm,-bilik, pul-maldan) sədəqə verməyimizi, Onunla beş vaxt namaz vasitəsi ilə söhbət etməyimizi, (dərd-sərimizi, qəlmizə əziyyət verən sıxıntıları bölüşməyi) dualarla Ondan başqa heç bir Allahın olmadığını qəlbən dilə gətirməyimizi və bilib-bilmədiyimiz, günahlarımız üçün əfv diləməyimizi istəyir. Çünki bu dünyada yaranış səbəbimiz elə bizi Yaradan Allaha ibadət və itaət etməkdən ibarətdir.
“əz-Zariyat-56-Mən insanları və cinləri ancaq Mənə ibadət etmələri, yaxud Məni tanımaları üçün yaratdım.”
Ağayeva Mənzər,
İlahiyyatçı


0 0



Şərhlər (Facebook)