Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycan prezidentinin qızı Asiya gözəli seçildi (FOTO)


Leyla Əliyeva "Şərqin çaritsası" tituluna namizədlər sırasında yer alıb.
Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyeva Asiyanın ən gözəl qadınları siyahısına düşüb. ANS PRESS-in məlumatına görə, ELLE jurnalı rus dilli versiyasında "Şərq çaritsası" tituluna iddialı olan 14 məşhurun reytinq cədvəlini tərtib edib.
Siyahıda ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan "Баку" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin təsisçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü Leyla Əliyevanın adı da yer alıb. 2006-cı ildə Emin Ağalarovla ailə quran, may ayında isə ayrıldığını elan edən Leyla xanımın Əli və Mikayıl adlarında əkizləri var.


0 0



Şərhlər (Facebook)