Azərbaycan İnformasiya Agentliyi (AİA)


İsmayıllı və Şəkidə Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətilə bağlı tədbir


Azerbaycaninfo.az təqdimedir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi 14 iyul 2015-ci il tarixində İsmayıllı şəhər Uşaq kitabxanasında, 15 iyul 2015-ci il tarixində Şəki şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətlərinin yaxşılaşmasına dair təşəbbüslər” layihəsi çərçivəsində “Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dair təşəbbüslərin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirmişdir.
İsmayıllı və Şəkidə keçirilən tədbirdə Şəhid ailələri, Qarabağ müharibəsi veteranları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Aris Məmmədov, İsmayıllı rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov, Sosial Müdafiəsi Mərkəzinin direktoru Çingiz Əliyev, İsmayıllı rayon Səhiyyə şöbəsinin müdiri Avtandil Rəhimov, İsmayıllı rayon Sosial Müdafiə Fondunun müdiri Kamran Muradov və s. iştirak etmişdir.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdiyev Mehdi İmdad oğlu çıxış edərək dedi:
-Biz bu layihəni hazırlayanda qarşımıza iki əsas məqsəd qoymuşduq:1) Şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşdırılması; 2) Onların pensiya yaşına çatana qədər normal pensiya təyin edilməsi üçün iş stajının toplanması.
Bu işlərin həyata keçirilməsində İcra hakimiyyyəti başçıları və Məşğulluq mərkəzləri bizə yaxından köməklik göstərirlər. Biz rayon və şəhərlərdə vakant iş yerlərini və sözügedən statuslu insanların o iş yerlərinə olan təlabatını öyrənib,bu vakansiyalara yerləşdirməyk istiqamətində calışırıq.Zərurət yarandıqda əlavə peşə kurslarına da cəlb edə bilərik.
Sonra İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev çıxış edərək dedi:
-Müharibə iştirakçıları İsmayıllı rayonunda daima diqqət mərkəzindədirlər;
-Şəhid ailələrinin müharibə veterenlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində rayonda müəyyən işlər aparılır, İcra Başçısının göstərişi ilə məşğulluq mərkəzi vakant vəzifələrə ilk növbədə müharibə statuslu insanlara təklif edir. Məşğulluq mərkəzi ehtiyyac olduqda ixtisaslar üzrə müəyyən kurslar təşkil edəcəklər.
Tədbirdə İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqov şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin İdarə Heyətinin qərarı ilə Fəxri Diplomla təltif edilmişdir.
Bundan əlavə tədbir iştirakçılarına şirniyyat ilə çay stolu təşkil edilmişdir.
Qeyd edək ki, tədbirin keçirilməsinin əsas məqsədi Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi, İsmayıllı və Şəki rayonlarında bu istiqamətdə görülən və nəzərdə tutulan işlərin müzakirəsidir.
İsmayıllı və Şəkidə Qarabağ müharibəsi statuslu insanların  sosial vəziyyətilə  bağlı  tədbir
İsmayıllı və Şəkidə Qarabağ müharibəsi statuslu insanların  sosial vəziyyətilə  bağlı  tədbir
İsmayıllı və Şəkidə Qarabağ müharibəsi statuslu insanların  sosial vəziyyətilə  bağlı  tədbir
İsmayıllı və Şəkidə Qarabağ müharibəsi statuslu insanların  sosial vəziyyətilə  bağlı  tədbir
İsmayıllı və Şəkidə Qarabağ müharibəsi statuslu insanların  sosial vəziyyətilə  bağlı  tədbir
İsmayıllı və Şəkidə Qarabağ müharibəsi statuslu insanların  sosial vəziyyətilə  bağlı  tədbir
İsmayıllı və Şəkidə Qarabağ müharibəsi statuslu insanların  sosial vəziyyətilə  bağlı  tədbir


0 0



Şərhlər (Facebook)