Azərbaycan İnformasiya Agentliyi (AİA)


PKK Türkiyədə həbi bazaya hücum etdi


Kürd Fəhlə Partiyası (PKK) yaraqlıları Türkiyənin Tunceli rayonunda yerləşən hərbi bazaya hücum edib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücum nəticəsində bir hərbçi, və bir mülki vətəndaş yaralanıb.
Məlumatda bildirilir ki, terrorçular Pülümür şəhərində avtomobili partladıb, daha sonra hərbçiyə atəş açıb və hadisə yerindən uzaqlaşıb. İlkin məlumatlara görə, hadisə nəticəsində zabit Murat Kaba və hərbi baza yaxınlığında yaşayan Gülüzar Şahin yaralanıb. Qeyd edək ki, iyulun 20-i Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda yerləşən Amara Mədəniyyət Mərkəzinin həyətində terror aktı törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb, 100-dən artıq yaralanıb. Türkiyə rəhbərliyi hadisəyə görə, İŞİD-in məsuliyyət daşıdığını bildirib. İyulun 27-i Türkiyə Hərbi hava Qüvvələri (HHQ) PKK-nın Şimalı İraqdakı `Hakurk` hərbi düşərgəsini yerlə yeksan edib. Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.


0 0



Şərhlər (Facebook)