Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağdaşda Qarabağ müharibəsi iştirakçıları ilə dəyirmi masa keçirildi


Ağdaşda “Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dair təşəbbüslərin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirildi.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi 08 sentyabr 2015-ci il tarixində Ağdaş rayonunun Heydər Əliyev adına muzeyin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətlərinin yaxşılaşmasına dair təşəbbüslər” layihəsi çərçivəsində “Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dair təşəbbüslərin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirmişdir.
Ağdaşda keçirilən tədbirdə Şəhid ailələri, Qarabağ müharibəsi veteranları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, “Ağdaş” qəzetinin redaktoru Tofiq İsayev, Hərbi metodist Zaur Paşayev, Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri Mahir Ağayev, Dövlət Sosial Müdafiə Fondunun müdiri Xürrəm Şirinov, Ağdaş rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Qalib Həsənov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Aris Məmmədov iştirak etmişdir.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdiyev Mehdi İmdad oğlu çıxış edərək dedi:
-Biz bu layihəni hazırlayanda qarşımıza iki əsas məqsəd qoymuşduq:1) Şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşdırılması; 2) Onların pensiya yaşına çatana qədər normal pensiya təyin edilməsi üçün iş stajının toplanması.
Bu işlərin həyata keçirilməsində İcra hakimiyyyəti başçıları və Məşğulluq mərkəzləri bizə yaxından köməklik göstərirlər. Biz rayon və şəhərlərdə vakant iş yerlərini və sözügedən statuslu insanların o iş yerlərinə olan təlabatını öyrənib,bu vakansiyalara yerləşdirməyk istiqamətində calışırıq.Zərurət yarandıqda əlavə peşə kurslarına da cəlb edə bilərik.
Sonra Ağdaş Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Qalib Həsənov çıxış edərək dedi:
-Müharibə iştirakçıları Ağdaş rayonunda daima diqqət mərkəzindədirlər;
– Hazırda rayonda 134 nəfər Qarabağ əlili, 124 nəfər Şəhid Ailəsi yaşayır. Onlar 2002-ci ildən bəri ev,avtomobil ilə təmin olunmuşlar. 2008-ci ildə 25 nəfər Qarabağ əlili və 22 nəfər Şəhid Ailəsi evlə təmin olunmuşlar. 35 nəfər Qarabağ əlili fərdi minik avtomobili ilə təmin olunmuşlar;
-Şəhid ailələrinin müharibə veterenlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində rayonda müəyyən işlər aparılır, İcra Başçısının göstərişi ilə məşğulluq mərkəzi vakant vəzifələrə ilk növbədə müharibə statuslu insanlara təklif edir. Məşğulluq mərkəzi ehtiyyac olduqda ixtisaslar üzrə müəyyən kurslar təşkil edəcəklər.
Bundan əlavə tədbir iştirakçılarına yemək və şirniyyat ilə çay stolu təşkil edilmişdir.
Qeyd edək ki, tədbirin keçirilməsinin əsas məqsədi Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi, Ağdaş rayonunda bu istiqamətdə görülən və nəzərdə tutulan işlərin müzakirəsidir.
Ağdaşda Qarabağ müharibəsi iştirakçıları ilə dəyirmi masa keçirildi
Ağdaşda Qarabağ müharibəsi iştirakçıları ilə dəyirmi masa keçirildi
Ağdaşda Qarabağ müharibəsi iştirakçıları ilə dəyirmi masa keçirildi


0 0



Şərhlər (Facebook)