Azərbaycan İnformasiya Agentliyi (AİA)


Seks köləsi olan qaçqın uşaqlar (18+)


Çoxu kimsəsiz olan qaçqın uşaqları, Avropada həyatda qalmaq uğrunda çox böyük bir təhlükə gözləyir. İtaliyada 13-14 yaşlı uşaqlar cinsi istismara məruz qalırlar.
Təkcə bu il, gəmiıərlə İtaliyaya gedən qaçqınlardan 12 mindən çoxu azyaşlı uşaqlardır. Bunların böyük bir hissəsi ailəsi ilə, 9 mini isə yanlarında yetişgin şəxs olmadan, təkbaşına səyahət edib. İtaliyaya gedən uşaqlardan bəziləri çox da yaxşı şərtlərə malik olmayan qayğı mərkəzlərinə yerləşdirilərkən, çoxu küçələrdə yaşayır, narkotik satır və seks tacirlərinin əlinə düşür. Musavat.com xarici KİV-lərə istinadən onlardan bəzilərinin həyat hekayəsini təqdim edir:
14 yaşlı Xalidin danışdıqları Avropaya qaçan qaçqın oğlan uşaqlarının başlarına gələnləri bütün çılpaqlığı ilə ortaya qoyur. Xalid Romada narkotik satır. O deyir ki, "İtaliyada oğlan qaçqın uşaqların yaşaması üçün ya narkotik satması, ya da italyan kişilərlə cinsi əlaqəyə girməsi lazımdır".
Ciblərində olan pulu göstərib, cinsi əlaqə istəyirlər. "Qarnımı doydurmaq üçün narkotik satmağa başladım. Digər qaçqın uşaqlar kimi italyan kişilərlə cinsi əlaqəyə girməmək üçün buna məcbur idim. Misirli, tunisli, faslı oğlan uşaqlar seks üçün 40 dollar, bəzən 60 dollar alırlar. Uşaqların çoxu müsəlman mühafizəkar ailələrdən gəlir və vəziyyəti qəbul etmək onlar üçün çox çətindir".Xalid işlərin necə getdiyini də danışır: "Adamlar bizə yeyəcək bir şeylər verir. Bəzən də siqaret... Sonra ciblərində olan pulu göstərib, cinsi əlaqəyə girmək istəyirlər. 18 yaşdan kiçik, ya da böyük onlar üçün heç fərq etmir".
Qızlar insan alverçilərinə borclarını seks köləsi olaraq ödəyirlər
Qaçqın qızlar isə insan qaçaqçılarına borclarını ödəmək üçün seks köləsi olaraq çalışırlar. 20 dollar qarşılığında kişilərlə cinsi əlaqəyə girirlər. Sözügedən qızların ailələri varsa, insan alverçiləri zamanında ödəmə almaq üçün, həmin ailələri təhdid edirlər. Qızların çoxunun maksimum 13 yaşı var.


0 0



Şərhlər (Facebook)