Azərbaycan İnformasiya Agentliyi (AİA)


Laçınlı şəhid ailələri Qurban bayramı münasibəti ilə təbrik olundu


Azerbaycaninfo.az təqdim edir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansız insanlarla bölüşmək, onları sevindirməkdir. Qurban bayramı orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi bayramıdır. İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı öz əksini tapır.
Sözsüz ki, bu gün iqtisadi cəhətdən dünyanın inkişaf etmiş ölkələri ilə rəqabət aparmaq qabiliyyətinə malik olan Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyev ehtiyacı olan vətəndaşlara, xüsusən də Qarabağ müharibəsində şəhid vermiş ailələrə və öz sağlamlığını itirmiş insanlara hər cür qayğı göstərir, onların həyat şəraitinin yaxşılaşması üçün müvafiq addımlar atır. Elə bugünkü tədbir də küçirlmiş tədbirlərin davamıdır.
Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyi Laçın rayon şöbəsi də öz növbəsində bu qəbildən olan ailələri və insanları daima sevindirir. Qeyd edək ki, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyi Laçın rayon şöbəsi bu gün qurban bayramı münasibətilə 53 şəhid ailəsini sevindirdi və təbrik etdi.
Birliyin sədri Babək Aslanov bildirdi ki, cənab Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq biz də ictimai birlik olaraq bütün döyüşçülərlə, veteranlarla və şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirir, yataqda olanlara gedib evlərində baş çəkir və maddi ehtiyaclarını ödəmək üçün imkan daxilində köməklik edirik. Biz bu görüşləri hər zaman davam etdirəcək, müharibədən əziyyət çəkmiş insanların ehtiyaclarını ödəmək üçün müəyyən tədbirlər həyata keçirəcəyik.
Laçınlı 53 şəhid ailəsinə qurbanlıq payları verilmiş, əziz gündə onlar da bu bayram sevincini ürəkdən yaşamışlar.
Təbrik olunanlar qurban bayramının keçirilməsinin əhəmiyyətindən danışmış, dölət başçısının belə insanlara diqqət və qayğısının nəticəsi olaraq, respublikanın müxtəlif bölgələrində yaşayan şəhid ailələrinin bütün bayram tədbirlərində yada salınmasını yüksək diqqət və qayğının təzahürü kimi qiymətləndirmişlər.
Azerbaycaninfo.az
Laçınlı şəhid ailələri Qurban bayramı münasibəti ilə təbrik olundu
Laçınlı şəhid ailələri Qurban bayramı münasibəti ilə təbrik olundu
Laçınlı şəhid ailələri Qurban bayramı münasibəti ilə təbrik olundu
Laçınlı şəhid ailələri Qurban bayramı münasibəti ilə təbrik olundu
Laçınlı şəhid ailələri Qurban bayramı münasibəti ilə təbrik olundu
Laçınlı şəhid ailələri Qurban bayramı münasibəti ilə təbrik olundu
Laçınlı şəhid ailələri Qurban bayramı münasibəti ilə təbrik olundu


0 0



Şərhlər (Facebook)