Azərbaycan İnformasiya Agentliyi (AİA)


Mingəçevirdə şəhid ailələri və Qarabağ veteranları ilə görüş


Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi 07 oktyabr 2015-ci il tarixində Mingəçevir şəhərinin Gənclər Mərkəzinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətlərinin yaxşılaşmasına dair təşəbbüslər” layihəsi çərçivəsində “Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dair təşəbbüslərin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirmişdir.
Mingəçevir şəhərində keçirilən tədbirdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, Səhiyyə şöbəsinin müdiri Alıyev Allahverdi, Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əliyev Sahib, Əmək və əhalinin sosial müdafiə mərkəzinin direktoru Alıyev Xətai, Məşğulluq mərkəzinin müdiri Yusifov Elgiz, Zaman qəzetinin müxbiri Esmira Hidayətova, Mingəçevir qəzetinin müxbiri Mətanət Məmmədova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Aris Məmmədov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Mingəçevir şəhər filialının sədri Nizami Təhməzov, iştirak etmişdir. Mingəçevir şəhər televiziyasının çəkiliş qrupu tədbirdə çəkiliş aparmışdır.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev tədbiri açıq elan etdi, tədbir iştirakçılarını salamladı və çıxış edərək bildirdi:
“ Biz bu layihəni hazırlayanda qarşımıza iki əsas məqsəd qoymuşduq:
1) Şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşdırılması;
2) Onların pensiya yaşına çatana qədər normal pensiya təyin edilməsi üçün iş stajının toplanması.
Bu işlərin həyata keçirilməsində İcra hakimiyyyəti başçıları və Məşğulluq mərkəzləri bizə yaxından köməklik göstərirlər. Biz rayon və şəhərlərdə vakant iş yerlərini və sözügedən statuslu insanların o iş yerlərinə olan təlabatını öyrənib,bu vakansiyalara yerləşdirməyk istiqamətində calışırıq.Zərurət yarandıqda əlavə peşə kurslarına da cəlb edə bilərik. Bizim başlıca məqsədimiz Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid Ailələrinə daim qayğı və diqqət göstərməkdir”.
Sonra Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əliyev Sahib çıxış edərək bildirdi:
— Şəhid ailələrinin müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində rayonda müəyyən işlər aparılır, İcra Başçısının göstərişi ilə məşğulluq mərkəzi vakant vəzifələrə ilk növbədə müharibə statuslu insanlara təklif edir. Məşğulluq mərkəzi ehtiyyac olduqda ixtisaslar üzrə müəyyən kurslar təşkil edəcəklər.
Sonda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Mingəçevir şəhər filialının sədri Nizami Təhməzov çıxış edərək bildirdi:
Müharibə statuslu insanlara göstərilən dövlət qayğısı, o cümlədən Mingəçevir RİH-in başçısı Niyazi Bayramovun göstərdiyi xüsusi diqqət və qayğı, bu qəbildən olan insanların və onların övladlarının işlə təmin olunmaları daima nəzarətdə saxlanılır.
Sonra Mehdi Mehdiyev Mingəçevir ŞİH-in başçısı Niyazi Bayramova Şəhid Ailələrinə, Qarabağ Müharibəsi Əlillərinə və Veteranlarına göstərdiyi qayğıya görə İctimai Birliyin İdarə Heyətinin adından “Diplomla” təltif etdi. Bundan əlavə tədbir iştirakçılarına şirniyyat ilə çay stolu təşkil edilmişdir. Qeyd edək ki, tədbirin keçirilməsinin əsas məqsədi Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi, Mingəçevir şəhərində bu istiqamətdə görülən və nəzərdə tutulan işlərin müzakirəsidir.
Azerbaycaninfo.az
Mingəçevirdə şəhid ailələri və Qarabağ veteranları ilə görüş
Mingəçevirdə şəhid ailələri və Qarabağ veteranları ilə görüş
Mingəçevirdə şəhid ailələri və Qarabağ veteranları ilə görüş


0 0



Şərhlər (Facebook)