Azərbaycan İnformasiya Agentliyi (AİA)


Elmar Vəliyev prorektor Asif Cavadovu toplantıda təhqir edib


Gəncə şəhərindən redaksiyamıza ilginc məlumatlar daxil olub. Belə ki, Dosye.org-a daxil olan məlumata görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu günlərdə xüsusi toplantı keçirib.Redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə Elmar Vəliyev Gəncə şəhərində müxtəlif vəzifələr tutan şəxsləri qeyri-rəsmi toplantıya çağırıb.Toplantıda Gəncədə yerləşən ali məktəblərin keçmiş və indiki rəhbərlikləri, keçmiş və indiki rektorlar və prorektorlar iştirak edib.Gəncə icra başçısı mətbuatda onun haqqında dərc olunan yazılardan bərk hiddətləndiyini bildirib. Mənbə daha sonra əlavə edir ki, Elmar Vəliyev vəzifəsini itirə biləcək ərəfəsindədir.
E.Vəliyev bu yazıların mətbuata yer almasında toplantıda iştirak edən şəxslərdən şüblələndiyini bildirib və onları çox nalyiq sözlərlə təhqir edib. Digər bir məlumatda isə vurğulanır ki, icra başçısı prorektor Asif Cavadovu ayağa qaldıraraq başçıya yaraşmayan tərzdə təhqir edib.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Dosye.org


0 0



Şərhlər (Facebook)