Azərbaycan İnformasiya Agentliyi (AİA)


Prokuror dələduzluqda təqsirləndirilən vəkilə 10 il müddətinə cəza istəyib


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək M. Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses noyabrın 3-də davam etdiriləcək. Qeyd edək ki, M. Bayramova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP-dən namizədliyi irəli sürülən üzvü olub.


0 0



Şərhlər (Facebook)