Azərbaycan İnformasiya Agentliyi (AİA)


Millimizin baş məşqçisi xəstəxanalıq oldu


Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb
Məlumata görə, xorvatiyalı mütəxəssis bu gün səhər saatlarında Bakıdakı klinikalardan birinə üz tutub.Klinikadan çalışdırıcının uroloji problemlərinin olduğunu bildiriblər. Növbətçi həkimin qeyd edib ki, Prosineçkinin vəziyyəti artıq normaldı və sərbəst gəzə bilir. Bununla belə, məşqçinin gecə klinikada qalacağı məsləhət görülüb.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu əməkdaşımızla söhbətində bildirib ki, Prosineçki ilə mütəmadi əlaqə saxlayırlar və hazırda onun səhhətində ciddi problem yoxdu.


0 0



Şərhlər (Facebook)