Azərbaycan İnformasiya Agentliyi (AİA)


Lənkəran icra hakimiyyətində Eldar Mahmudov izi


Lənkəran şəhərinin icra başçısı Taleh Qaraşovun adı qalmaqallı məsələlərdə hallanmaqda davam edir
Noyabrın 1-i ölkədə keçirilən parlament seçkilərində Rüfət Quliyevin xeyrinə təşkil etdiyi “ karusel” əməliyyatı ilə medianın gündəminə gələn icra başçısı daha böyük problemlə üz-üzədir. Belə ki, Taleh Qaraşovun telefon dinləmələri həyata keçirdiyi söylənilir. Bolgexeber.com-a daxil olan məlumata görə Lənkəran icra başçısı şəhər və onun barəsində tənqidi yazılar dərc edən sayt rəhbərlərinin telefonlarını dinləyirmiş. Digər bir məlumatda isə qeyd edilir ki, o, bu dinləmələri özünün “sağ əli” , MTN-lə yaxın əlaqələri olan şəxsin vasitəçiliyi ilə həyata keçirib. Bu proseslərə rəhbərlik edən həmin şəxs MTN-də yüksək vəzifə tutanlardan birinin yaxın qohumudur. Mənbənin verdiyi daha bir məlumata görə Lənkəran icra hakimiyyəti ilə və ya şəxsən Taleh Qaraşovla əlaqə yaradaraq, şəhərlə bağlı hər hansı tənqidi mövzulara münasibət öyrənmək istəyən jurnalistlərin səsləri qeydə alınıb və daha sonra onlar şantaj vasitəsilə susdurulub. Yaxın günlərdə isə bütün bu məsələlərdə “əli olan” şəxslərin adları məlum olacaq.Qeyd edək ki,mütamadi olaraq Taleh Qaraşovun adı MTN-lə yaxın əlaqələri olan Rüfət Quliyevlə bir yerdə hallanır. Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


0 0



Şərhlər (Facebook)