Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sarımsağın faydaları


Sarımsaq həm çiy halda, həm də xörəkdə bişirilmiş halda istifadə olunur. Əsas faydalı cəhətlərindən biri infeksiyaya qarşı müqaviməti artırmasıdır. Bu baxımdan o həzm və nəfəs orqanları, ağciyər üçün daha faydalıdır. Sarımsaq yemək iştahanı artırır, qidanın həll olunmasına kömək edir, mədə rütubətini toplayır və aşağı salır, qatı qanı durulaşdırır. Turşuya qoyulmuş sarımsaq boğazı və səsi təmizləyir, huşsuzluq, üz iflici, sinir və oynaq ağrıları hallarında tövsiyə edilir. Mədədə qurd yaranmasının qarşısını alır. Hamilə qadın sarımsaq istifadə etdikdə uşağın rəngi açıq və xoşagələn olur. Sarımsağı qatıqla yemək iştahanı açır, mədə və həzm üçün münasibdir. Ağır və gec həzm olan qidaları sarımsaqla yemək məsləhətlidir. Sarımsaq həmçinin ürək əzələsini möhkəmləndirir, böyrək daşları hallarında da tövsiyə olunur. Sidik yollarının infeksiyasına qarşı təsirli vasitələrdən biridir. Onu qaynadaraq isti suyunda oturmaq sidikqovucu təsirə malikdir. Lakin sarımsağı həddən çox işlətmək qana, gözə və babasilə ziyandır. Sarımsağı bal ilə döyüb dəri üzərinə sürtməklə dəridə olan ləkələri təmizləmək mümkündür.


0 0



Şərhlər (Facebook)