Azərbaycan İnformasiya Agentliyi (AİA)


BDYPİ yaxınlığındakı cərimə meydançasında endirim kampaniyası...


Gəncə şəhər sakini Məmmədov Elşən Elxan oğlunun başına maraqlı hadisə gəlib.
Belə ki, Azerbaycaninfo.az-a daxil olan məlumata görə, dünən gecə 01.30 radələrində Bakı Beynəlxalq Avtovağzalının qarşısında "Mersedes Spirinter" markalı mikroavtobusla hərəkətdə olan zaman yol polisi tərəfindən saxlanıb, sürücünün sənədlərini yoxlanılan zaman bəlli olub ki, həmin maşının 1200 manat cəriməsi var. Buna görə də sürücün israrlı xahişinə məhəl qoyulmayaraq avtomobil cərimə meydançasına aparılıb və Baş Dövlət Yol Polisi İdarəsinin yanındakı cərimə meydançasına salıblar. Bundan dərhal sonra sürücüyə yaxınlaşan həmin "yaxşı oğlanlar" ona bazarlıq təklif ediblər və 300 manatın müqabilində hər şeyi yoluna qoya biləcəklərini bildiriblər. Sürücün iddiasına görə 99 YP 739 dövlət nömrə nişanlı BMW markalı avtomobildə olan Ceyhun və Yaşar adlı iki DYP əməkdaşı 300 manatın qarşılığında cərimə yazmadan sürücüyə belə bir səxavət göstəriləcəyinə söz veriblər. Hətta onlar bir-birinə mobil telefon nömrələrini də veriblər. Sürücü şəhərə qayıdaraq deyilən məbləğdə pulu tapıb geri qayıdır və nəticədə "endirimlə" - yəni 250 manatla sürücü cərimə yazılamadan maşınını götürərək avtovağzaldan sərnişinlərini götürüb yoluna davam edib.Sürücü iddia edir ki, həmin vaxt onun yanında 3 nəfər sərnişin də olub və onların cərimə meydançasına girib-çıxmaları da ərazidəki müşahidə kamerasının yaddaşındadır, eyni zamanda onun DYP əməkdaşları ilə telefon danışıqları da var, maraqlanmaq istəsələr hər şey aydınlaşacaq...


0 0



Şərhlər (Facebook)