Azərbaycan İnformasiya Agentliyi (AİA)


Rusiya Suriyada 26 hərbçisini itirib


Ukrayna mediası hərbçilərin infeksion xəstəliklərdən öldüyünü yazır
Suriyada həlak olan 26 Rusiya hərbçisinin cənazəsi işğal altında olan Krım yarımadasının Sevastopol şəhərinə gətirilib. Bu haqda Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi açıqlama yayıb. Xəbərdə bildirilir ki, Suriyada öldürülən hərbçilər Rusiyanın Qara dəniz donanmasının sahil qoşunlarının dəniz piyadalarıdır.
Ukrayna kəşfiyyatı onu da xəbər verir ki, həlak olanların hamısı döyüş əməliyyatı zamanı öldürülməyib: “Rusiya komandanlığının Suriyada sanitar-gigiyenik şəraiti təmin edə bilməməsi səbəbindən hərbçilər arasında infeksion xəstəliklərin sayı durmadan artır. Əldə edilən kəşfiyyat məlumatına görə, 26 hərbçinin çoxu məhz infeksion xəstəliklərdən dünyasını dəyişib”.Rusiya Federasiyasının Hərbi Hava Qüvvələri Suriya Hava Qüvvələri ilə bərabər Hələb, Dəməşq, Latakiya, Həma, Hüms şəhərlərində müxalifət qüvvələrinə qarşı əməliyyatlara qoşulub.Əməliyyatlar zamanı bir neçə ildir İŞİD-in nəzarət etdiyi Hələbdə xeyli sayda yaşayış massivi hökumət qüvvələrinin nəzarətinə qaytarılıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı son açıqlamaya görə, təkcə dekabrın 10-dan 11-nə keçən gecə Rusiyanın hərbi-hava qüvvələrinin uçaqları 33 uçuş həyata keçirib, 49 məntəqəyə raket-bomba zərbələri endirib.


0 0



Şərhlər (Facebook)