Azərbaycan İnformasiya Agentliyi (AİA)


ETİBAR PİRVERDİYEVİN - “ÜSTÜ AÇILAN” ƏDALƏTSİZLİKLƏRİ


Son günlər adı Media səhifələrində çəkilən , Azərenerji başkanı haqda daha bir ilginc faktlar araşdırılıb çıxarılmışdır.
Belə ki, prezident İlham Əliyevin, 2004-cü ildə Mingəçevir şəhərinə səfəri zamanı Qafqazın ən böyük enerji nəhəngi, respublikamızı təxminən 60% elektrik enerjisi ilə fasiləsiz təmin edən "Azərbaycan İES” MMC-də olmuş, bu zaman həmin enerji nəhəngində məlumat lövhəsində asılmış bir fotoşəkil hörmətli dövlət başçımızın diqqətini çəkir. Belə ki, həmin fotoda həmin il o stansiyaya rəhbərlik edən Şıxməmməd Qəmbər oğlu Aslanovla Ümummilli lider, dahi Heydər Əliyev əks olunmuşdur.Prezident İlham Əliyev dərhal bu fotodakı şəxsin kim olduğunu soruşur, bu zaman həmin stansiyanın direktoru Şıxməmməd Aslanov bildirir: "Cənab Prezident, bu mənəm, Şıxməmməd Qəmbər oğlu Aslanov , Ulu Öndərimiz məni 1970-ci illərdə Moskvaya ixtisas artırma kursuna göndərdiyi 22nəfər energetik kadrlardan biriyəm, o bizi yola salarkən xatirə şəkli də çəkdirdi və mənə xeyir-dua verərək bizi yola saldı. İndi onun, o böyük dahi insanın xeyir-duasının nəticəsidir və onun təşəbbüskar işlərinin nəticəsində mən hal-hazırda bu müəssisəyə rəhbərlik edirəm, stansiyanın milli energetikamızdakı xüsusi çəkisi olduqca böyük olmaqla yanaşı bu sahədə vacib sayılan formada əlimizdən gələrək İqtisadiyyatımızın , sənayemizin inkişafı naminə bugün fəaliyyət göstəririk və buna da özümüzü borclu hesab edirik”! Prezident İlham Əliyev bu fikirlərə cavab olaraq Azərenerji başkanı Etibar Pirverdiyevə bir daha bu şəxs, barəsində bir sıra tapşırıq verdi ki, bu cür təcrübəli yüksək ixtisaslı kadra necə lazımdırsa daha da təkan və lazımi köməklər göstərilsin! Bu tapşırığı cənab Pirverdiyev indi görün necə yerinə yetirdi: Deməli bu cür kadrın, bu sahədə həm təmir ,həm də istismar bölməsinin nəzəri və praktiki hissəsini mükəmməl bilən energetik Şxməmməd Aslanovun bütün bu nailiyyətərinə görə vəzifəcə yüksələcəyindən ehtiyat edərək həmin gün Mingəçevir səfərindən Bakıya qayıdaraq bu kadra "plan” hazırlayır. Çox qısa zamanda onu adı olub, özü kölgədə qalan bir idarəyə , daha dəqiq "Azərenerjitikintiquraşdırma” idarəsinə sədr göndərilməsi haqqında təqdimat hazırlayıb onun yerini dəyişdirərək bu sistemdən sözün əsl mənasında kənarlaşdırır. Bu idarə isə adından göründüyü kimi Azərbaycanda bir sıra enerji obyektləri elektrik şəbəkələri və s. tikməli idi, hansı ki, bu planda da var idi, lakin adı çəkilən Enerji obyektlərini bu adı çəkilən quruma həvalə edilmədi, heç bu sahədə Aslanov Şıxməmmədə bu çoxillik təcrübəsini də tətbiq etməsinə Cənab Pirverdiyev tərəfindən heç bir imkan yaradılmadı, bir müddət keşdikdən sonra da onun pensiya yaşı əsas- bəhanə gətirilərək ümumiyyəylə bu sektordan kənarlaşdırıldı,(lakin artıq təqaüd vaxtı çoxdan çatmış Marlen Əsgərov, hələ də bu qurumda yüksək vəzifə postundadır) bunun əvəzində isə son 10 ildə respublikamızda tikilən bütün Modul tipli, Buxar-qaz tipli elektrik stansiyaların tikintisini "AZENCO” ASC adlı quruma həvalə edildi. Burada da yenə Cənab Pirverdiyev əsl Yerlibazlıq oyunları ilə bu qurumda bir neçə vəzifəli kadr vakansiyalarına, mənsub olduğu Qusar rayonundan olanları yerləşdirməklə milyonlar üzərində növbəti oyunlarına başladı. Belə ki, təkcə Sumqayıt Texnologiyalar Parkındakı müxtəlif adda tikilmiş nəhəng sexlərin özül metal konstruksiya işləri üçün bu sahə üzrə Tikinti-Layihə İnstitutu ilə müqavilə bağlanmalı idi, onun hesabına pul köçürməmək üçün necə gəldi elə də bu tikinti işlərini apardı, yenə də yerlibazlıq edərək. Onun yerli, həmkəndlisi olduğu bir neçə şəxsin də yüksək vəzifələrdə yerləşdirdiyinə görə adını qeyd etmək yerinə düşər: Şalbuzov Cavidan, Şahhüseynov Əhmədiyyə və Ərzuman qardaşları, Quliyev Hikmət(yeznə-qayın), Nəcməddinov Bəhmən, Aydayev Fəxrəddin. Soyadlardan da aydın olur ki, bu Azər enerji sistemi cənab Pirverdiyevin qohum və tanışları olmaqla yüksək vəzifə postlarında əyləşdiriliblər.Sual olunur tərəfimizdən ki, "Necə olur sovet dövrundən də ölkəmizdə quraşdırılmış elektrik stansiyalarındakı Peşəkar energetik kadrlar, başda Şıxməmməd Aslanov olmaqla, niyə Sərdar Həsənov, Allahverdi Əliyev, Qarabağ veteranı energetik kadr Çingiz Abbasov, Elman Əzizov və Vaqif Tağıyev müxtəlif bəhanələrlə Energetikadan kənarlaşdırıldı ay cənab Pirverdiyev”? Məgər bu kadrlar Sizin o yerlilərdən zəifmi elmə, peşə təcrübəsinə malik idilər? Xeyr. ƏSLA! Bunun bircə sadə cavabı var: Yüksək gəlirlə işləyən bu bu quruma daxil olan külli miqdarda dövlət vəsaitini bu sahədə çalışan zəruri işçi sayını qat-qat azaldıb ixtisar etməklə maliyyə imkanlarına həmyerlilərinizlə birgə sahib olmaq! Yalnız və yalnız bu idi məqsəd! Buna əlavə bir neçə fakt və sübutlar var: 2007-ci ilin yanvarından elektrik enerjisinin tarif qiymətlərinin düz 3 dəfə qaldırılması haqqında təklif irəli sürdünüz, bu qiymətartımından sonra Azərenerjinin gəlirləri 3 dəfə artdı, amma siz bir rəhbər olaraq əməkhaqqıları artırmaq əvəzinə, stansiyalarda kütləvi ixtisar hallarına yol verməklə yanaşı, daxili Əmr də verdiniz ki , ” 1 evdən 1 nəfər işləməlidir!”, bu necə ola bilər axı, tutaq ki, ata energetik kadr olmaqla el. Stansiyasında uzun müddətdir ki, mühəndis işləyir, oğul da gənc energetik olaraq orada işləyirdi, hansı iqtisadi qanunauyğunluğa müvafiq oldu bu etdiyiniz bu ədalətsizliklər? Eyni zamanda, 2001, 2002, 2003-cü illər üzrə Elektrik stansiyalarında Kollektiv əmək müqaviləsində nəzərdə tutulmuş, 3 növbəli gərgin əməklə 70-75dərəcə istilik altında çalışan minlərlə işçinin 14-cü əmək haqqısını nə səbəbə vermədiniz? Xərclə işlədi məgər Azərenerji? Bu quruma daxil olan Su Elektrik Stansiyaları axı maya dəyərsiz birbaşa yüksək gəlirlə işləyir,bəlkə düz deyil? SES-lərdə el. enerjisi heçbir xərc qoyulmadan el. Enerjisi istehsal olunur, amma ixtisarlara məruz qoydunuz işçiləri,necə olur ki el. Enerjisini istehsal edən işçilər 200-250 manat əməkl haqqı alır, ancaq həmin enerjini satan Azərişıq MMC, sizdən aldığı el. Enerjisindən hər kilovatta görə əldə etdiyi 2qəpik gəlirlə ən aşağı dərəcəli işçisi-Nəzarətçisinə 450-500manat civarında əmək haqqı verir! Məgər bunlar ədalətsizlik deyilmi , ”Azərenerji” ASC-də baş verir?http://bakunews.az/gundem/9481-etbar-prverdyevn-.html

/xalqxeber.az/


0 0



Şərhlər (Facebook)