Azərbaycan İnformasiya Agentliyi (AİA)


Gəncədə universitet rektorunun cangüdəni nişanlı qıza söz atdığına görə döyülüb – QALMAQAL


Gəncə Şəhər Azərbaycan Texnologiya Universiteti ilə bağlı mediada dəfələrlə yazılıb. Bu dəfə bu təhsil ocağından Milli Təhlükəsizlik nazirinə şikayətdə isə ilginc faktlar yer alıb. Cumhuriyyet.az saytı surəti avrasiya.net-də dərc olunan həmin müraciəti olduğu kimi diqqəə çatdırır:
Azərbaycan Texnologiya Universitetində Nurçu Prorektor “At” oynadır. Gəncə Şəhər Azərbaycan Texnologiya Universitetində “AT” oynadan “Şirek” ləqibi ilə tanınan Tədris işləri üzrə prorektor “Nurçu” Vüqar İsmayılov və Universitetin kadrlar şöbəsinin müdiri Nofəl Salmanov Universitetdə 14 dekabr 2015 ci il tarixdən Universitetin işcilərini attestasiya adı ilə onları universitetdən kənarlaşdırma planını qurublar.
Doğru desək Texnologiya universitetində iki nurçu məmur fəaliyyət göstərir, prorektor Vüqar İsmayılov və istehlak mallarının texnologiyası və eskpertiza fakültəsinin dekanı Azər Hüseyinin adı bu sıralarda çəkilir. Diqqətinizə çatdırım ki , prorektor Vüqar İsmayılovla, rektor Akif Süleymanovun arasında ciddi narazılıq var. Rektor Akif Süleymanov prorektor Vüqar İsmayılova sözünə keçirdə bilmir, Vüqar İsmayılov istədiyi işciyə, daha doğrusu katibəsinə, sürücüsünə yüksək məbləğdə maaş yazdırır. Özünə isə, 2500 manat məbləğində maaş təyin edib. Kadrlar şöbəsinin müdiri Nofəl Salmanov Türkiyənin Bursa şəhərində yerləşən Uludağ Universtetinin İqdisadi və İdari bilimlər fakultəsini bitirib və Universitetin diplomunu Təhsil Nazirliyindən qeydiyyatdan keçirməməsinə baxmayaraq saxta diplomla universitetin kadrlar müdiri postunu tutub.
Texnologiya Universitetində 14 dekabr 2015 ci ildə aparılması nəzərdə tutulan “attestasiya” planı onu göstərir ki, prorektor Vüqar İsmayılov və onun nurçu həmkarları öz yaxın adamlarını çıxan şəxslərin yerinə Rektor Akif Süleymanovun adı altında külli miqdarda pul alaraq onları işə götürsünlər. Azərbaycan Texnologiya universitetində müəllimlərin və texniki işçilərin maaşları digər universitetlərdən bir neçə dəfə azdır, Universitetdə prorektorların və kadrlar şöbəsinin müdirinin aylıq maaşları bütün universitetin işçilərinin maaşlarına bərabərdir. Universitetin rektoru Akif Süleymanov orada cangüdənlərlə gəzir ona yaxınlaşmaq mümkün deyil. Bir neçə gün bundan qabaq nişanlı qıza söz atdığına görə cangüdən Ruslanı qızın nişanlısı universitetin həyətində döyüb.
Universitetin hüquqşünas yerinə iki şəxsi götürüblər, bir yerə iki şəxsi götürmək qanuna ziddir, buna baxmayaraq Universitetdə qanunsuzluqlar həddini aşıbdır. Diqqətinizə çatdırım ki, Universitetin hüquqşünası Şakir Əliyev Gəncə həbsxanasının xidməti üzrə rəis müavini olubdur, işlədiyi dövrdə dustağın yeməyini yediyinə görə həbsxanadan çıxarılaraq Gəncə dəmiryoluna əməliyyat müfəkkili, vəzifəsinə təyin ediblər. Şakir Əliyev çirkin əməllərindən işlədiyi polis bölməsindədə əl çəkməyib, ərazidə yaşayan qadın alverçisindən ayda haqq alaraq onun evinə gələn şəxslərə göz yumubdur, bundan xəbər tutan polis bölməsinin rəisi Şakir Əliyevi polis orqanından kənarlaşdırıb, bir müddətdən sonra Şakir Əliyev Texnologiya Universitetinə müəllim kimi fəaliyyət göstərib. Akif Süleymanov Rektor təyin olunanda özünün müəllim yoldaşlarına dediyinə görə, 1000 manat hörmət edərək Universitetin hüquqşünası keçibdir, ona təklif etsələrdə hüquqşünas vəzifəsindən kənarlaş Şakir Əliyev rektor Akif Süleymanovdan 1000 manat pulunu tələb edib, bu ziddiyyətin uzandığını görən rektor yeni hüquqşünas götürərək hər ikisini hüquqşünas kimi saxlayıb bir vakansiya yerində.
Verilən məlumata görə, hüquqünas Şakir Əliyev, Rektor Akif Süleymanovun bir nömrəli agentidir, müəllim yoldaşları onun yanında söz danışmağa ehtiyyat edir. Yenidən qayıdaq Universitetdən “Attestasiya” adı ilə kənarlaşan şəxslərə onlar ayda 115 manat məbləğində universitetdən maaş alırlar bu gün 115 manat maaşa qulluq edən şəxsləri kənarlaşdırmaq nə kişiliyə, nə də məmur adına yaraşmayan hərəkətdir. Azərbaycan Respublikasında bir neçə aydır ki, artıq məmur özbaşınalığına görə Nazirlər, nazirliyin işçiləri, və onların yaxın qohumları, dostları işdən kənarlaşdırılır, bəziləri də tutduqları çirkin əməllərə görə həbs olunur.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirinin müavini HÖRMƏTLİ Mədət Müəllim!
Sizin nəzərinizə çatdırım ki, Azərbaycanın ikinci böyük şəhərində “Hegomonluq” edən Texnologiya Universitetinin Prorektorları, İsmayılov Vüqar Ağamusa oğlu, Yusifov Səbuhi Cəbrayıl oğlu, yeni seçilmiş dekanlar Azər Sədrəddin oğlu Hüseyn, Nicat Nəsirli, və kadırlar şöbəsinin müdiri Nofəl Salmanov Universiteti öz ata mülkləri kimi idarə edirlər. Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev də bunların çirkin əməllərindən xəbər tutmalarına baxmayaraq bunların öhdəsindən gələ bilmir. Universitetin müəllimləri “NURÇU” prorektorların, dekanların qarşısında aciz qalıblar ümidləri sosial şəbəkə vasitəsi ilə, sizə müraciət etməkdir.
Azərbaycan Respublikasının Milli Təhükəzislik nazirinin müavini, hörmətli Mədət Quliyev cənabları bu işlərdən xəbəriniz olsun və bu barədə araşdırma aparın. Ölkə başcısı dəfələrlə qeyd edib ki, məmur vətəndaşı incitməməlidir onlar xalq üçün, millət üçün, vətəndaş üçün xidmət etməlidir. Buna baxmayaraq Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun dostları prorektor Vüqar İsmayılov, Yusifov Səbuhi, dekanlar Azər Hüseyn, Nicat Nəsirli, və kadrlar şöbəsinin müdiri Nofəl Salmanov universiteti ata mülkləri kimi idarə edirlər.
Sənan Əfəndiyev
P.S. Yazıda adları çəkilənlərin də mövqeyini dərc etməyə hazırıq
/cumhuriyyet.az/


0 0



Şərhlər (Facebook)